Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Duzdağ

Naxcivantv.az xəbər verir ki, yeni yaradılan guşədə Duzdağ mədənindən tapılan əmək alətləri, daş gürz, toppuz, həvəng və dəstələr, duz süxurlar nümayiş olunur ki, bunalar  da Naxçıvanda ilkin şəhər mədəniyyətinin meydana gəlməsini, insanların burada duz çıxardığını və ilkin mədən sənayesini yaratdıqlarını əks etdirir.

Naxçıvan Duz istehsalı MMC-nin məhsullarından nümunələr, Duzdağ Fizioterapiya Mərkəzinin fotoşəkilləri də diqqəti cəlb edir.

Qeyd edək ki, Duzdağda duz çıxarılması eradan əvvəl V minillikdən başlayıb, eradan əvvəl III-II minilliklərdə bu iş geniş miqyas alıb. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına isə ilk dəfə 1927-ci ildə başlanılıb. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir, istehsal edilən məhsul “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır.

Baloğlan Kərimov
NTVxəbər

www.naxcivantv.az