Hər insanın həyatında mənəvi baxımdan çətin günləri olur. Belə anlarda təkliyə üz tuturuq.

O isə tək qaldığımızda belə bizim yol yoldaşımızdır. Bəzən fərqində olmadan yalnızlığımızı belə onunla paylaşırıq. Hə, söhbət musiqidən gedir. Əminliklə deyə bilərəm ki, musiqini sevməyən, onu dinləməyən insan yoxdur. Bu mövzuda tək ayrıcalıq var ki, o da janrdır. Biri gəncliyin verdiyi enerjiylə əlaqəli olaraq pop, digəri isə fərqliliyini musiqi zövqünə də daşıyaraq caz musiqisini sevər. Bəziləri də xalq mahnıları, muğamlar mənə kifayət edər deyib, ağuşuna atar özünü koloritin, keyfiyyətin, unudulmaz səslərin, melodiyaların. Məsələn, mənimçün ən gözəl melodiya hansıdır desələr, Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun notlarla həyat verdiyi himnimizdir, deyərəm. Dinləyərkən insanın damarında qanı donduran, Vətənə sevgiyi coşduran himnimiz. Gün ərzində dinlədiklərimə gəldikdə isə, janrın heç bir önəmi yoxdur. Ruhuma toxundumu, kifayətdir. Bu isə o deməkdir ki, insanların dinlədikləri musiqi nümunələri də iki hissəyə ayrılır- sevdikləri, bir də ən çox sevdiyi.

Dinləməyinə dinləyirik, amma, görəsən musiqi haqqında nəsə bilirik? Məsələn, necə olub ki, insanoğlu bu böyük kəşfə nail olub,  hisslərimizə müdaxilə edilən səsləri, melodiyaları necə tapıb, bunları yaratmaq onun hardan ağlına gəlib və sair. Məlumatlıyıqmı? Yoxsa musiqi də kortəbii şəkildə sevilənlər sırasındadır? İçində nə olduğu bilinməyən, amma, sevilərək yeyilən yemək kimi…

Musiqi araşdırmaçılarının fikrincə, insanlar ilk musiqi alətləri olaraq daşları, sümük parçalarını və başqa əşyaları bir-birinə vuraraq dəyişik ritmlərlə səslər alıblar. Ümumiyyətlə, detallı və konkret musiqi tarixindən yalnız orta əsrlər dövründən bəhs edilə bilər. Bunun isə fərqli səbəbləri var. Belə ki, not yazısının ancaq orta əsrlərdən etibarən yaranması bəlkə də bu səbəblərdən ən başlıcasıdır.

Musiqi tarixinin araşdırılmasına XIX əsrdə başlanılıb. Bəzi filosof, elm xadimləri müxtəlif fərziyyələr irəli sürüblər. Onların mübahisələri bir sual ətrafında başlayıb: “Bəşər övladı musiqini yaratdı, yoxsa kəşf etdi?”

Musiqi hələ insanlar yaranmazdan əvvəl mövcud olub. Quşların ötməsinin, dənizin dalğasının və ya küləyin səsinin musiqi nümunəsi olmadığını da kim deyir? Bu nöqteyi- nəzərdən yanaşıldığında bəşər övladı musiqini ancaq kəşf edə bilər. İnsanoğlu onu əvvəlcə kəşf, zamanla isə inkişaf etdirdi. Digər tərəfdən isə insan səsini ilk musiqi nümunəsi hesab edən tənqidçilər də var..

Qədimdə musiqi dinə bağlı şəkildə müxtəlif  mərasimlərlə əlaqədar olub. Zamanla isə mərasimlərin xaricinə çıxaraq ictimai yaşayışa daxil edilib.

İndiyə qədər qazıntılardan əldə olunan ən qədim musiqi aləti 1995- ci ildə Sloveniyadan tapılan, təxminən, 43 min illik tarixi olan bir fleytadır.

İfa olunan musiqi əsərlərini yazıya köçürməyi ilk düşünən isə Boetsy (Boethius) olub. Hətta o notlara hərfi ad verərək “Lya” səsi ilə başlayan qammanı da kəşf edib.

Azərbaycanda isə musiqi öz inkişaf tarixinə Üzeyir Hacıbəyovla addım qoyub. Nəinki Azərbaycanda, eləcə də Şərqdə ilk opera, ilk notlu xalq çalğı alətləri orkestri,  ansamblı, musiqi tədris ocaqları, Azərbaycan xalq musiqisinə dair ilk dərs vəsaiti, xalq mahnılarımızın toplanaraq onlardan ibarət məcmuə hazırlanması və daha nələr-nələr – bütün bunlar Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Sonrasında isə Hacıbəyov ənənələrini davam etdirən istedadlı bir nəsil formalaşıb. Nəticədə, muğamı, sənət inciləri ilə dünyaya səs salan müasir Azərbaycan musiqisi yaranıb!

Bu gün- sentyabr ayının 18-i Milli Musiqi Günüdür. Əlamətdar gün olaraq bu tarixin seçilməsi heç də təsadüfi deyil. Azərbaycan musiqisinin banisi olan Üzeyir Hacıbəyov məhz həmin tarixdə dünyaya göz açıb. Azərbaycan incəsənətinin, musiqi mədəniyyətinin inkişafında olan əvəzsiz ximətlərinə görə ustadın doğum günü hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.

Deyilənə görə incəsənət qısqancdır. O istəyir ki, insan ömrünün çox hissəsini ona həsr eləsin. Əlamətdar gün münasibətilə incəsənətin bu növü ilə məşğul olan, ömrünü ağ-qara pillələrə, simlərə, kamana qatan insanları təbrik edir, dünyanın 7 möcüzəsi (do, re, mi, fa, sol, lya, si) vasitəsilə musiqi tariximizdə unudulmaz  nümunələr yaratmalarını arzulayırıq. Siz isə əziz oxucular, keyfiyyətli musiqi nümunələrini unudulmayan səslərdən dinləyin. İllər keçsə belə ilk günkü kimi öz əhəmiyyətini itirməyən, sevilən, hansısa prinsipə əsaslanaraq öz ladlarımız üzərində qurulan əsərlərin dinləyici kütləsində yer alın. Nəinki növbəti mahnı eşidilən kimi unudulanların. Bununla estetik zövqünüzə də müsbət mənada təsir etmiş olarsınız. Ruhunuzun dinclik tapacağı səslərin qulağınızda əks-səda etməsi diləyilə

Fatma Babayeva

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

120 illik yubileyi qeyd olunan İbrahim Səfiyev kimdir?

17-10-2018-20-41 Xəbərlər

120 illik yubileyi qeyd olunan İbrahim Səfiyev kimdir?

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən...

Ali Məclisin Sədri Sərəncam imzaladı

17-10-2018-20-12 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ...

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim edib

17-10-2018-19-28 Xəbərlər

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə nümunə audiomateriallar təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçiriləcək ümumi (9 illik) və tam (11 ill...

Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir

17-10-2018-18-59 Xəbərlər

Güzəştli kreditlər təsərrüfatların inkişafını sürətləndirir

Bu gün muxtar respublikada  kənd təsərrüfatı yönümlü  sahələrin inkişafı üçün mü...

Dünya şöhrətli alimin yubileyi Naxçıvanda qeyd olunub

17-10-2018-18-30 Xəbərlər

Dünya şöhrətli alimin yubileyi Naxçıvanda qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi...

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı - SƏRƏNCAM

17-10-2018-18-09 Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı - SƏRƏNCAM

Oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının hə...

Fransanın rəsmi qurumu hesabatında Naxçıvanın dövlət quruluşu və yerli idarəetməsi ilə bağlı material dərc edib

17-10-2018-16-53 Xəbərlər

Fransanın rəsmi qurumu hesabatında Naxçıvanın dövlət quruluşu və yerli idarəetməsi ilə bağlı material dərc edib

NUHÇIXAN Avropa Şurasının yerli və Regional Hakimiyyətlər Konqresinin internet p...

Yeniyetmə boksçularımız Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurublar

17-10-2018-16-26 Xəbərlər

Yeniyetmə boksçularımız Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurublar

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birincil...

Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

17-10-2018-16-10 Xəbərlər

Naxçıvanda 15 aztəminatlı ailəyə köməklik göstərilib

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Şərur, Babək, Ordubad və Sədərək r...

Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO

17-10-2018-15-53 Rəsmi

Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO

NUHÇIXAN xəbər verir ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclis...

“Sasna Tsrer” terror təşkilatının üzvləri Ermənistanda deputatlığa iddialıdırlar

17-10-2018-15-30 Xəbərlər

“Sasna Tsrer” terror təşkilatının üzvləri Ermənistanda deputatlığa iddialıdırlar

Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan ictimaiyyətində siyasi...

Dram kollektivlərinin müsabiqəsinə start verilib

17-10-2018-15-02 Xəbərlər

Dram kollektivlərinin müsabiqəsinə start verilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrında “Dram kollektivlərinin i...

“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

17-10-2018-14-45 Xəbərlər

“Huawei Mate 20” və “Mate 20 Pro” qabaqcıl smartfonları rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda keçirilmiş tədbirdə öz qabaqcıl “Mate 20” və “Mate 20 ...

Naxçıvan Dövlət Universiteti Türkiyənin daha bir təhsil ocağı ilə müqavilə imzalayıb

17-10-2018-14-29 Xəbərlər

Naxçıvan Dövlət Universiteti Türkiyənin daha bir təhsil ocağı ilə müqavilə imzalayıb

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arası...

Naxçıvanda sabaha olan hava proqnozu

17-10-2018-14-16 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 18-nə gözlənilən hava proqnozu açıqlan...

HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO

17-10-2018-14-03 Xəbərlər

HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO

Müdafiə naziri Zakir Həsovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planı...

Əkinə yararsız olan yerlərdə meyvə bağları salınacaq

17-10-2018-13-30 Xəbərlər

Əkinə yararsız olan yerlərdə meyvə bağları salınacaq

NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında m...

Zirinc: turş dadı olsa da, çox faydalıdır

17-10-2018-12-49 Xəbərlər

 Zirinc: turş dadı olsa da, çox faydalıdır

Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir.

Naxçıvanın informasiya blokadasını uğurla yaran naxcivantv.az

17-10-2018-12-18 Xəbərlər

Naxçıvanın informasiya blokadasını uğurla yaran naxcivantv.az

2016-cı il oktyabrın 17-də, Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ə...

“Gənclər” paytaxtının xoşbəxt gəncləri

17-10-2018-12-01 Xəbərlər

“Gənclər” paytaxtının xoşbəxt gəncləri

Gəncliyi ötən əsrin 80-90-cı illərinə təsadüf edənlərin bugünkü gəncliyə həsəd e...

Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

17-10-2018-11-47 Xəbərlər

Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi - VİDEO

17-10-2018-11-34 Xəbərlər

 Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Mənim Naxçıvan dünyam

17-10-2018-11-20 Xəbərlər

Mənim Naxçıvan dünyam

Stolumun üstündə yenicə çapdan çıxmış tanınmış jurnalist Muxtar Məmmədoğlunun “M...

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

17-10-2018-11-04 Xəbərlər

Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 2018-ci il 18 oktyabr tarixini “Azər...

“Sən gül ki, dünya gülsün”…

17-10-2018-10-50 Xəbərlər

“Sən gül ki, dünya gülsün”…

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar ü...

Əlahiddə Ümumqoşun Orduda Müstəqillik Gününə həsr edilən tədbir keçirilib

17-10-2018-10-32 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda Müstəqillik Gününə həsr edilən tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 18 o...

“Foreign Policy”: Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb

17-10-2018-10-16 Xəbərlər

“Foreign Policy”: Ermənistanda “inqilabdan sonrakı” şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalında Ermənistanda korrupsiya və siyasi...

Nar qabıqlarını atmayın

17-10-2018-09-57 Xəbərlər

Nar qabıqlarını atmayın

İnsan sağlamlığına faydaları saymaqla bitməyən nar immun sistemini gücləndirərək...

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

17-10-2018-09-45 Xəbərlər

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri in...

Oktyabrın 17-də xarici valyutaların manata qarşı məzənnələri

17-10-2018-09-29 Xəbərlər

Oktyabrın 17-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 17 oktyabr tarixindən etibarən valyuta məzənnələrini aç...