Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvana qarşı ərazi qəsdləri ötən əsr boyu davam etdirilib.

Sovet hakimiyyəti dövründə Naxçıvanın əhalisi kimi ərazisinə qarşı da qəsdlər davam edib.

Naxçivantv.az-ın məlumatına görə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan MSSR-in Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qarsevən kəndi, habelə Kilid kəndinin torpaqlarının bir hissəsi, ümumilikdə isə 657 kvadratkilometr torpaqları Ermənistana verilib. Naxçıvana qarşı ərazi qəsdləri 1930-cu ildə də davam etdirilib, Aldərə, Lehvaz, Astazur, Nüvədi kimi Azərbaycan torpaqları hesabına Ermənistanın Mehri rayonu yaradılıb.

 

Vaqif Ağalarov

NTVxəbər

www.naxcivantv.az