Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin binası bərpa olunur.

1148 şagird yerlik olacaq məktəbdə əlavə 2 korpus tikilir. Burada 58 sinif otağı, 2 elektron lövhəli sinif, müxətlif laboratotiyalar, 3 kompüter otağı, idman zalı, kitabxana, hərbi kabinə və digər otaqlar yaradılır.

Qeyd edək ki, dahi şair-dramturq Hüseyn Cavidin adını daşıyan bu təhsil müəssisəsi muxtar respublikanın qabaqçıl məktəblərindəndir. Məktəbi bu il 57 şagird bitirib. Həmin məzunlardan  50-si ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunub. 13 nəfər 500-700 arası bal toplayıb.

 

                                                                                 Əbülfəz  Dünyamalıyev

www.naxcivantv.az