Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda Xalq artisti Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib

Naxcivantv.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verib.

Bildirilib ki, Tofiq Bakıxanov xalqımızın görkəmli bəstəkarlarından biridir. Onun əsərləri təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanır. Nazir qeyd edib ki, Xalq artisti Tofiq Bakıxanov bir çox janrlarda musiqilərin, suitaların, üverturaların və romansların müəllifidir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən bəstəkar, professor Tofiq Bakıxanova Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı verilib. Həmçinin görkəmli sənətkarın 75-80 illik yubileyləri Naxçıvanda qeyd olunub. 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Ali Məclisin Sədri Tofiq Bakıxanova Naxçıvan Muxtar Respublikasının 85 illiyinə buraxılmış xatirə qızıl medalını təqdim edib.

Sonra Tofiq Bakıxanovun həyat və yaradıcılığından bəhs edən videomaterial göstərilib, görkəmli bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Turab Hacızadə

NTV xəbər

www.naxcivantv.az