Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublikanın ərazisində  15 yeni nəsil avtomat telefon stansiyası quraşdırılır.

Yeni avadanlıqlar “Huawei” şirkəti ilə bağlanan  müqaviləyə əsasən Naxçıvana gətirilib. Əhaliyə keyfiyyətli rabitə xüdməti göstərmək üçün görülən işlər nəticəsində Şərur rayonunun Gümüşlü, Şahbulaq, Şahbuz rayonunun Daylaqlı, Babək rayonunun Nəhəcir kəndlərində Kareltipli avtomat telefon stansiyaları yeni nəsil avtomat telefon stansiyalarla əvəz olunub. Şərur rayonunun İbadulla, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndlərində yeni nəsil avtomat telefon stansiyalarının montaj-tənzimləmə işləri başa çatdırılıb. Kəngərli rayonunun Qarabağlar kəndində əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq 448 nömrəlik yeni avtomat telefon stansiyası quraşdırılaraq Qıvraq mərkəzi avtomat telefon stansiyasına qoşulub.

Mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində ötən ay 163 yeni telefon nömrəsi istismara verilib. Muxtar respublika ərazisində, ümumilikdə, 15 min 200 metr fiber-optik kabel xətti çəkilib. Bu dövrdə genişzolaqlı ADSL texnologiyası vasitəsilə 754 yeni abunəçi internetlə təmin olunub.

www.naxcivantv.az