Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2018-ci ilin avqust ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət  standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartlar səviyyəsinə uyğunluğunu diqqətdə saxlayıb.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu dövrdə məhsulların 237 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib və sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olan 39 müraciət operativ icra edilib.

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 112 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib. Aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Təsərrüfat subyektlərindən götürülən məhsul nümunələrinin 235 halda laboratoriya analizləri aparılıb və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilib.

Meyvə-tərəvəz və onlardan hazırlanan məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması tədbirinin icrası çərçivəsində məhsulların 9 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb. 12 anbardan, 23 bostandan və 11 satış obyektindən götürülən məhsulların 91 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.

Elektrik və qaz cihazlarının satışını həyata keçirən 80 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb, 10 ticarət obyektində satışda olan 15 mətbəx qaz pilətəsinin təhlükəsizlik sistemi olmadığı aşkarlanaraq satışdan çıxarılıb.

www.naxcivantv.az