Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair dörd adda broşürün erməni və fars dillərinə tərcümə edilmiş nəşrlərinin təqdimatı olub.

Tədbir Tarix İnstitutunun və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə keçirilib.

Tarix İnstitutundan NUHÇIXAN-a bildirilib ki, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən çap edilib. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır. Bu əsərlər Tarix İnstitutu elmi şurasının qərarı ilə çapdan çıxıb.

“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçalarının müəllifi tarixçi alim Nazim Mustafa, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçaların müəllifi isə tarixçi alim Güntəkin Nəcəflidir.

Tədbirdə akademik Y.Mahmudov bildirib ki, yeni nəşrlər ermənilərə ciddi mesajdır. “Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər”,- deyə akademik vurğulayıb.

İnstitut direktoru diqqətə çatdırıb ki, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr İrəvan xanlığının ərazisində cərəyan edib. Y.Mahmudov deyib: “Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini – 300-dən çox məscidi, çoxlu sayda minarəni, türbələri, ziyarət yerlərini və qəbiristanları yerlə yeksan ediblər. Vandallar, ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər”.

“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” kitabçasında qeyd olunur ki, erməni rəssamlarından Martiros Saryan, Setrak Arakelyan, Anuş Sahinyan və Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin simvolu kimi əks etdirilib. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Bildirilib ki, erməni vandalları İrəvan qalasındakı Xan sarayını (Sərdar sarayı) dağıdıb yerində konyak zavodu tikiblər. Bu sarayı isə 1578-ci ildə Azərbaycan Səfəvi dövlətinin İrəvan bəylərbəyi Toxmaq xan tikdirib.

“İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitabçasında qeyd edilir ki, İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər.

“İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” əsəri İrəvan qalasının müdafiəçilərinin əziz xatirəsinə həsr olunub. İrəvan qalası Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin göstərişi ilə səfəvi sərkərdəsi Rəvanqulu xan tərəfindən XVI əsrin əvvəllərində tikdirilib.

“Çuxursəd hakimləri və İrəvan xanları” kitabçasında İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının nümayəndələri olan xanların idarə etdikləri bildirilir.

Qeyd edək ki, İrəvan xanlığı ilə bağlı nəşrlər bundan əvvəl ingilis və rus dillərində də çap olunub. Hazırda isə bu broşürlər ispan və ərəb dillərində nəşrə hazırlanır.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Kəngərlidə elmi-praktik konfrans olub

14-12-2018-19-10 Xəbərlər

Kəngərlidə elmi-praktik konfrans olub

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider...

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

14-12-2018-18-26 Xəbərlər

Prezident Naxçıvanın Fövqəladə Hallar Nazirliyinin işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev dekabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar N...

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

14-12-2018-16-03 Xəbərlər

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dair monitorinqlər aparılır

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Ko...

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

14-12-2018-15-48 Xəbərlər

Tələbələr Araz Elm və İstehsalat Birliyində olublar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

14-12-2018-15-30 Xəbərlər

Məşhur CNN kanalı internet səhifəsində Əlincəqala ilə bağlı məlumat verib

Naxçıvanın tarixi və coğrafi abidələri son illər dünya səviyyəli kütləvi informa...

Elmi praktik konfrans keçirilib

14-12-2018-15-11 Xəbərlər

Elmi praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Univeristetində İdarəetmə fakültəsinin təşki...

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

14-12-2018-14-49 Xəbərlər

Ordubadda aqrar sahədə görüləcək işlər müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvanda sabaha olan hava proqnozu

14-12-2018-14-15 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərlə maarifləndirici təlim olub

14-12-2018-14-00 Xəbərlər

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclərlə maarifləndirici təlim olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclər Mərkəzində BMT Uşaq Fondun...

YUNESKO–nun rəsmi saytında Naxçıvan Yallılarından bəhs olunur - VİDEO

14-12-2018-12-00 Xəbərlər

YUNESKO–nun rəsmi saytında Naxçıvan Yallılarından bəhs olunur - VİDEO

NUHÇIXAN xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniy...

Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

14-12-2018-11-19 Xəbərlər

Muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı maliyyə tənzimlənməsinin uğurla həyata keçirilməsinin nəticəsidir

İnnovativ, şaxələndirilmiş, səmərəli və dayanıqlı inkişaf modelinə köklənmiş Nax...

Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

14-12-2018-11-04 Xəbərlər

Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb

NUHÇIXAN xəbər verir ki, BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Kar...

Ötən günün mənzərəsi - VİDEO

14-12-2018-09-34 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

13-12-2018-20-50 Xəbərlər

Ağbulaq-kənd turizmi üçün əlverişli istirahət bölgəsi - VİDEO

Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli ...

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

13-12-2018-18-10 Xəbərlər

Naxçıvan Dövlət Rəsm Qalereyasında tədbir olub

NUHÇIXAN xəbər verir ki, “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzus...

Maarifləndirici tədbir keçirilib

13-12-2018-16-54 Xəbərlər

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

13-12-2018-15-47 Xəbərlər

Naxçıvanda feldşerlər üçün kurslara start verilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

13-12-2018-15-28 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda təlim keçirilib

NUHÇIXAN xəbər verir ki, “Məndə proqramçı olmaq istəyirəm” proqramlaşdırma təlim...

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

13-12-2018-14-23 Xəbərlər

Təcili tibbi yardım işçilərinin peşəkarlığı artırılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində ...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2018-09-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb - FOTOLAR

12-12-2018-20-16 Xəbərlər

Ümummilli lider muxtar respublikanın rayonlarında da anılıb  - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü Naxçıvan Muxt...

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

12-12-2018-17-15 Xəbərlər

Ali Məclisin Sədri ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ...

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

12-12-2018-16-30 Xəbərlər

Naxçıvanda tibbi xidmətlərə 20 faiz bayram güzəşti ediləcək

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a...

Naxçıvanda sabaha olan hava proqnozu

12-12-2018-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2018-14-00 Rəsmi

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ü...

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

12-12-2018-12-52 Xəbərlər

Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub

Caspian European Clubun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Na...

Babək rayonunda müşavirə olub

11-12-2018-20-47 Xəbərlər

Babək rayonunda müşavirə olub

NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində qəsəbə və kəndlərdə tor...

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

11-12-2018-20-12 Xəbərlər

Şərur rayonunda tingçilik sahələri genişləndirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

O yaşayır, yaşayacaq…

11-12-2018-18-17 Xəbərlər

 O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər. Onlardan məsafə baxımından uza...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

11-12-2018-15-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikası...