Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Lider Televiziyasının efirində   yayımlanan və geniş tamaşaçı audtoriyası qazanan “Əsgər andı” verilişinin bu dəfəki sayı Naxçıvan Qarnizonu Qoşunlarına həsr olunub. Yaradıcı heyət sentyabrın 14-dən muxtar respublikada çəkilişlər aparır.

Verilişin layihə rəhbəri və aparıcısı Anar Şuşalı, kinooperatoru isə Sərvər Quliyevdir. Çəkilişlər Əlahiddə Ümumqoşun Orduda, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında, eyni zamanda digər birləşmə və hissələrdə aparılıb. Verilişin yeni sayında bu hərbi birləşmələrin yüksək səviyyədə döyüş hazırlığı və təlimləri  öz əksini tapacaq.

Qeyd edək ki, Azərbaycanın tanınmış televiziyalarından olan  Lider TV- nin tamaşaçı auditoriyası bütün dünyanı əhatə edir.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/16626-lider-tv-%E2%80%9C%C9%99sg%C9%99r-and%C4%B1%E2%80%9D-verili%C5%9Fini-nax%C3%A7%C4%B1vandan-haz%C4%B1rlay%C4%B1b.html?tmpl=component&print=1&layout=default&page=#sigProId9d04d77fc2

 

                                                                                Cavid Səfərli

www.naxcivantv.az