Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada yeni mis və molibden yataqları aşkarlanıb“Muxtar respublikada yeni mis və  molibden  yataqlarının  axtarışı davam etdirilir və bu istiqamətdə  müsbət  nəticələr əldə olunub. Babək rayondakı Toydaş  sahəsində  mis və  molibden yatqları aşkarlanıb”.

Muxtar Respublika Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi Əli Vəliyev naxcivantv.az-a müsahibəsində  belə deyib.

Onun sözlərinə görə, son illərdə muxtar respulikada geoloji-kəşfiyyat işlərinin həcmi genişləndirilib və hazırda bir çox rayonlarda filiz yataqların axtarışı ilə əlaqədar işlər davam etdirilir: “Muxtar respublikanın  mineral xammal bazasını  200-dən artıq filiz və qeyri-filiz yataqları təşkil edir. Son illərdə muxtar  respublika ərazisində  müxtəlif tip  filiz və qeyri-filiz  yataqları  tərəfimizdən öyrənilib və  aşkar edilib”.

Mineral xammal ehtiyatlarının ümumi balansında filiz, qeyri-filiz faydalı qazıntıları kimi  tikinti materialları  da mühüm yer tutur. İdarə rəisi bildiririb ki, Culfa rayon Qaraqala su sahəsində 2016-cı ildə axtarış qiymətləndirmə işləri  başa çatdırılıb,  qum, çınqıl və gil  xammalının ilkin geoloji  hesabatı tərtib olunub. Əlincəçay  hövzəsində də haliyədə  tikinti materiallarının axtarışı davam etdirilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında təbii ehtiyatlardan səmərəli istifadənin genişləndirilməsi, mövcud filiz və qeyri-filiz yataqlarında geoloji kəşfiyyat işlərinin aparılması və onların istismara cəlb olunması ilə əlaqədar işlərin görülməsi də nəzərdə tutulub.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1667-muxtar-respublikada-yeni-mis-v%C9%99-molibden-yataqlar%C4%B1-a%C5%9Fkarlan%C4%B1b.html?tmpl=component&print=1&layout=default&page=#sigProId3c42d4881d

                                                                                  Röyal Kərimov

NTVxəbər

www.naxcivantv.az