Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əmək və sosial təminat nazirliyi ölkənin ən çox korrupsiyalaşmış strukturudur

İctimai-siyasi vəziyyətin gərginləşdiyi Ermənistanda əlil vətəndaşların da hüquqları pozulur. Ölkənin müvafiq qurumları isə ən çox korrupsiyalaşmış struktura çevrilib. Bu barədə Fransızdilli “Nouvelle d'Armenie” (www.armenews.com)  saytı  xəbər yayıb.

Naxcivantv.az xəbər verir ki, saytın məlumatına görə, Ermənistanın Əmək və sosial təminat nazirliyi ölkənin ən çox korrupsiyalaşmış strukturudur. Nazirliyin adı mütəmadi olaraq, korrupsiya qalmaqalında hallanır. Növbəti dəfə söhbət uşaq evlərinə ayrılmış vəsaitlərin mənimsənilməsindən gedir. Bu, il başlayandan 3-cü belə korrupsiya hadisəsidir. Nazir Artem Asatiryan məsələ ilə bağlı hec bir açıqlama vermir. İşğalçı ölkədə aztəminatlı vətəndaşlar isə fəryad edir.

 Anuş Popeyanın deyir ki, evləri isitmək çox çətindir: “Qışın küləyini daim hiss edirik. İşıq pulunu ödəyə bilmədiyimiz üçün gəlib kəsmişdilər. Əlil uşaqlarım var. İşığın bir neçə gün olmaması kifayət etdi ki, xəstəliyi şiddətlənsin. Bilmirik kommunal xərcləri ödəyək, ya da xəstə canımıza çarə tapaq. Evin vəziyyətini də görürsüz. Elə bilirsiz bu cür yaşamaq bizə xoşdur? Buna sadəcə məcburuq”.

Anuş Popeyan 14 kvadratmet sahəsi olan evdə yaşayır. Bu şəraitsiz otaqda müxtəlif əlillik dərəcəsi olan iki övlad böyüdür. Qanunvericiliyə görə, belə uşaqlar dövlət qayğısı ilə əhatə olunmalıdır. Anuş Popeyan deyir ki, dəfələrlə Əmək və sosial təminat nazirliyinin qapısını döyüb. Onlarla gəlib maraqlanan da olmayıb. Bu ailə ilə qonşuluqda yaşayan Tamara Militonyan da eyni aqibətlə üz-üzədir: “Biz isti evdə yaşamaq istəyirik. Özüm də, övladım da ikinci qrup əlilik. Uzun müddət dövlət üçün çalışmışam. İndi mənə cəmi 30 min dram pensiya verir. Onunla da kommunal xərcləri ancaq ödəyirik. Qazımız olmadığı üçün evi elektriklə qızdırırıq. Təkcə mənim 45 min drama yaxın  işığa borcum yığılmışdı. Qonşumda 38 min dram idi. Gəlib kəsdilər. Borc tapıb ödədik”.

Sosial yardım fondunun əməkdaşı Astxik Minasyan Ermənistanda  hər il belə ailələrin artdığını deyib. Onun sözlərinə görə, ölkədə yoxsulluq səviyyəsi kritik həddədir. Bunu aradan qaldırmaq üçün müxtəlif güzəştlər tətbiq etmək olar. Hökümətin məsələ ilə bağlı iclasında  müavinətlərin artırılması təklifi də qəbul edilməyib. Rəsmilər deyirlər ki, büdcədə vəsait yoxdur. Üstəlik Ermənistanın dövlət borcları son 8 ildə ən yüksək həddə çataraq, ümümdaxili məshul istehsalının 60 faizini üstələyib. Ölkənin pul ehtiyatları da tükənir. Ona görə də hökümət Ermənistanda heç bir sosial layihə həyata keçirə bilmir.   

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1674-ermenistanemek.html?tmpl=component&print=1&layout=default&page=#sigProId60859ff1af
                                         

                                          Turab Hacızadə

NTVxəbər

 

www.naxcivantv.az