Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Xəyalə Hüseynovanın naxcivantv.az-a verdiyi məlumata görə, muxtar respublika ərazisində fevralın 18-dən 25-dək əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək. Temperatur gecə 16-20 dərəcə şaxta, gündüzlər 1-3 dərəcə isti olacaq.

Həftənin sonunadək hava temperaturunun 6 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Röyal Kərimov

NTVxəbər

www.naxcivantv.az