Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən sərgi təşkil edilib.

Naxcivantv.az xəbər verir ki, sərgidə “Tarixi həqiqətin soyqırımı”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “Xocalı soyqırımı”, “Türkün xocalı soyqırımı”, “Erməni terroru”, “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, “Qarabağ həqiqətləri”, “Qarabağ düyünü” və digər kitab və jurnallar nümayiş etdirilir. Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələr və soyqırımlarla bağlı faktların yer aldığı bölmədə xarici dillərdə çap etdirilən kitablar da maraq doğurur.   

Röyal Kərimov

NTVxəbər

www.naxcivantv.az