Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ənənəvi “Türk dünyasının öncülləri” adlı növbəti konfransı böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr olunub.

Naxcivantv.az xəbər verir ki, Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyevin Şəhriyarın həyat və yaradıcılığına həsr etdiyi məruzəsi dinlənilib.

Sonra TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və başqalarının çıxışları olub.

TÜRKSOY tərəfindən 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan olunduğunu diqqətə çatdıran D.Kaseinov Azərbaycan ədəbiyyatının inkişafında Şəhriyar yaradıcılığının yeri və rolunu yüksək qiymətləndirib. O bildirib ki, Şəhriyar görkəmli Azərbaycan ədibləri Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif və digərlərinin əsərlərindən yetərincə bəhrələnərək öz poeziya yaradıcılığını zənginləşdirə bilmişdir.

TÜRKSOY və Anadolu Universitetinin təşkilatçılığı ilə Şəhriyar yaradıcılığına həsr olunan daha bir anım mərasimi isə Türkiyənin Əskişəhər şəhərində keçirilib.

Hər iki mərasimdə Şəhriyarın şeirləri oxunub, onun yaradıcılığından yaranan musiqi nümunələri səsləndirilib.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1680-ankara-v%C9%99-%C9%99ski%C5%9F%C9%99h%C9%99rd%C9%99-az%C9%99rbaycan-%C5%9Fairi-%C5%9F%C9%99hriyar%C4%B1n-yarad%C4%B1c%C4%B1l%C4%B1%C4%9F%C4%B1na-h%C9%99sr-olunan-konfranslar-ke%C3%A7irilib.html?tmpl=component&print=1&layout=default&page=#sigProId745999a01c

www.naxcivantv.az