Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əlahiddə Ümumqoşun Ordunun Fiziki Hazırlıq və İdman rəisi mayor Vahid Məmmədov yarışın qaydaları haqqında iştirakçılara məlumat verdikdən sonra birinciliyə start verilib.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında, 6 çəki dərəcəsində təşkil olunan birincilikdə 100-ə yaxın hərbi qulluqçu iştirak edib.

Qaliblərə gəldikdə isə bu həm komanda, həm də fərdi hesabda müəyyənləşib. Belə ki, 60 kq çəki dərəcəsində əsgər Ədalət Vəliyev, 65 kq çəki dərəcəsində gizir Rəşad Salahlı, 70 kq çəki dərəcəsində əsgər Həsən Hüseynzadə, 80 kq çəki dərəcəsində kapitan Elimdar Eminov, 90 kq çəki dərəcəsində leytenant Üzeyir Novruzov və 90 kq-dan yuxarı çəki dərəcəsində kapitan Orxan Məlikov birinciliyin qalibi olublar.

Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən ilk üçlüyə düşməyi bacaran qalib komandalar “Diplom” və kubokla,  fərdi hesabda qalib gələn hərbi qulluqçular isə “Fəxri Fərman”la mükafatlandırılıb.

Nəriman Nəcəfov

NTVxəbər

 

www.naxcivantv.az