Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

ABŞ-ın Los-Anceles şəhərinin sakinləri və qonaqları artıq film və qısametrajlı videoçarxları IMAX kinoteatrında virtual reallıq formatında izləyə biləcəklər.

Bu yeni kinoteatr film seanslarının virtual reallıq texnologiyası ilə təqdim edildiyi ilk müəssisədir.

Naxcivantv.az “3D news” saytına istinadla xəbər verir ki, kinoteatrda bütün qurğular virtual reallıq rejimində işləyən 14 otaqdan ibarətdir.

Kinoteatrda virtual reallıq rejimində film izləmək üçün istifadə olunan qarnitür və qurğular Yaponiya, Çin və digər ölkələrdən əldə edilib. Dünyanın məşhur “ILMxLABs”, “Sony”, “Lionsgate”, “Starbreeze”, “Survios” və “Ubisoft” şirkətləri artıq kinoteatrı hazır məhsulla təmin etmək barədə istəklərini bildiriblər.

Bu müəssisədə istifadəçilər lazımi qurğuları sərbəst seçə bilərlər. Bir seansın qiyməti 7-10 ABŞ dolları arasında dəyişir.

www.naxcivantv.az