Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şərur və Kəngərli komandaları karate-do üzrə yoldaşlıq görüşündə qüvvələrini sınayıblar

Şərur rayon Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Şərur rayon Gənclər və İdman  İdarəsinin birgə təşkil etdiyi yarışda 5 yaş qrupunda 60 idmançı mübarizə aparıb. Görüşdə Şərur və Kəngərli rayon komandaları qarşılaşıb. Əvvəlcə çıxış edənlər idmançılara uğurlar arzulayıblar. Ardınca qarşılaşmalara start verilib. Görüşdə oğlanlarla yanaşı qızlar da mübarizə aparıb. Nəticələrə gəldikdə isə, müvafiq yaş qrupları üzrə  Aminə Novruzzadə, Həbib Əhmədov, Hüseyn Vəliyev, Məhəmməd Şıxəlili və Mövsüm Mövsümov rəqiblərini məğlub edərək birinci yerə layiq görülüblər.

Sonda ilk üç yeri tutmuş idmançılara təşkilatçıların diplomları təqdim olunub.

                                                                           Elvin Quliyev

NTVxəbər

www.naxcivantv.az