Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Xalq təqviminə əsasən bu gündən kiçik çillə yerini  boz aya verir

Xalq təqviminə əsasən bu gündən kiçik çillə yerini  boz aya verir

Min illər boyu yaradıb nəsillərdən-nəsillərə ötürərək yaşatdığımız milli dəyərlərimiz bizim milli kimliyimizdir. Bunların içərisində təqvimlə bağlı mərasimlərimiz, inamlarımız, adət və ənənələrimiz xüsusi yer tutur.

Xalq təqviminə görə qış üç yerə bölünür. Dekabrın 20-dən başlanan  böyük çillə 40 gün, kiçik çillə 20 gün, çillə-beçələr – yəni boz ay-bayram ayı 30 gün davam edir.

 Bir rəvayətdə deyilir ki, böyük çillə ömrünü başa vurub, yerini kiçik çilləyə verərkən kiçik çillə soruşur:

-  Nə etdin?

Böyük çillə cavab verir:

-  Tayaları yarıladım, unluqların, qovurma küpələrinin başını endirdim, qalaqları sökdüm.

Kiçik çillə deyir:

- Mən gedib unluqları, qovurma küpələrini silib süpürəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, ot tayalarını yox edəcəyəm. Heyf ki, ömrüm azdır, yoxsa hər şeyi məhv edərdim.

Beləcə xalq kiçik çilləni çox qorxulu hesab edir. Bax bu gündən həmin özündən razı kiçik çillə öz yerin boz aya verib. Sabahdan isə Novruzqabağı çərşənbələr-su, yel, torpaq və od çərşənbələri başlayacaq. Bu isə o deməkdir ki,  bu il çox sərt sınaqları ilə bizi imtahana çəkən qışı yola salmağımıza çox az qalıb, artıq yaz qapıdadır.  

Bu gün boz ay başlayır

www.naxcivantv.az