Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

İğdırda avtobus qəzası nəticəsində ölənlərin 5-i, yaralananların 26-sı Azərbaycan vətəndaşıdır

Türkiyənin İğdır-Naxçıvan avtomobil yolunda bu gün  baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan 8 nəfərdən 3-ü, yaralanan 28 nəfərdən 26-sı Azərbaycan vətəndaşıdır.

Bu barədə Naxcivantv.az-a Azərbaycanın Qarsdakı baş konsulluğundan məlumat verilib.

Qəza iki sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.

Qeyd edək ki, hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı əsasında muxtar respublikadan İğdır şəhərinə rəsmi nümayəndə heyəti gedib.

Nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov, səhiyyə naziri Niyazi Novruzov daxildir.

Gün ərzində nümayəndə heyətimiz qəza nəticəsində yaralanan vətəndaşlarımız, onların müalicə həkimləri və xəstəxana rəhbərləri, həmçinin İğdırın rəsmi şəxsləri ilə görüşüb. Yaralıların müayinə və müalicəsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin Vətənə göndərilməsi üçün bütün zəruri tədbirlər görülüb.

 

 

www.naxcivantv.az