Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, ilk olaraq gənc əsgərlərin andiçmə mərasiminə hazırlıqları ilə bağlı məruzə edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.

Hərbi andı qəbul edən əsgərlər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına söz veriblər.    

Əsgərlər hərbi andı qəbul etdikdən sonra Fövqəladə Hallar Nazirinin müavini general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin təbrikini şəxsi heyətə çatdırıb.

 Digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək onlara Vətənə, dövlətə, hərbi anda sadiq olmalarını, komandir və rəis heyətinin əmrlərini dəqiq və vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Çıxışların ardından şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

Rəsmi mərasim bağlı elan olunduqdan sonra əsgərlərin valideyinləri ilə görüşləri təşkil edilib və hərbi hissədə yaradılmış şəraitlə tanışlıq olub.

                                          

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1695-g%C9%99nc-%C9%99sg%C9%99rl%C9%99r-v%C9%99t%C9%99n%C9%99-s%C9%99daq%C9%99t-and%C4%B1-i%C3%A7ibl%C9%99r.html?tmpl=component&print=1&layout=default&page=#sigProIde71801c6f6

    Röyal Kərimov

NTVxəbər

 

www.naxcivantv.az