Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cüdoçularımız Avropa kubokundan iki medalla ayrılıblar

İtaliyanın paytaxtı Romada kişilər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan milli komandası yarışın sonuncu günündə aktivinə daha bir medal yazdırıb.

Azərbaycan Cüdo Federasiyasından naxcivantv.az-a verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev finala gedən yolda serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və kanadalı Zaçari Burta qalib gəlib. Cüdoçumuz həlledici görüşdə Polşa təmsilçisi Pyotr Kuçzeraya uduzaraq mötəbər turnirin gümüş medalı ilə kifayətlənib.

Xatırladaq ki, yarışın ilk günündə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal qazandırıb.

Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunub.

 

www.naxcivantv.az