Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda Həvayət Qurbanovanın  80 illik yubileyi qeyd edilib

Naxcivantv.az xəbər verir ki, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanın  80 illik yubileyi qeyd edilib. 

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanovanı 80 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib. Bildirib ki,  əmək fəaliyyətinə 1955-ci ildən başlayan Həvayət Qurbanova kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə  çalışıb. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub. 29 yaşında Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. Həvayət Qurbanova həmçinin SSRİ Ali Sovetinə iki çağırış deputat seçilib.

Naxçıvanda Həvayət Qurbanovanın  80 illik yubileyi qeyd edilib

Ramilə Seyidova qeyd edib ki, yubilyarın əmək yollarında yüksəlişi və zəhmətinə verilən qiymət ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik  etdiyi dövrlərə təsadüf edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində  zəhmətkeş insanlara, o cümlədən də qadınlara  böyük qayğı və diqqət göstərib.  Məhz buna görədir ki, Həvayət Qurbanovaya Azərbaycan Respublikası Prezidentinin  2002-ci il 2 oktyabr  tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin  fərdi təqaüdü verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov və  Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov da yubilyarı təbrik edib, ona cansağlığı arzulayıblar.

Qeyd edək ki, Həvayət Qurbanova 3 övlad anasıdır. Onun  bir qızı, iki oğlu, 7 nəvəsi var. Yubiley tədbirində Həvayət Qurbanovanın ailə üzvləri - gəlini Mehriban İmanova və qızı Mehriban Orduxanova bu diqqət və qayğını yüksək qiymətləndiriblər.

Yubilyar Həvayət Qurbanova ona göstərilən qayğıya görə minnətdarlığını bildirib və deyib ki, bu diqqət onun ömrünü daha da uzadır:

“Əməyim dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib. Eyni zamanda üçotaqlı mənzil verilib. Mənə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm”.

Sonda yubilyara  qiymətli hədiyyələr təqdim olunub.

Naxçıvanda Həvayət Qurbanovanın  80 illik yubileyi qeyd edilib

  

                                                               Əbülfəz Dünyamalıyev

NTVxəbər

 

www.naxcivantv.az