Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ağır yol qəzası ilə əlaqədar Naxçıvandan İğdıra nümayəndə heyəti gedib

Naxcivantv.az xəbər verir ki, fevralın 20-də İğdır-Naxçıvan şosesində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı əsasında muxtar respublikadan İğdır şəhərinə rəsmi nümayəndə heyəti gedib.

Nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov, daxili işlər nazirinin müavini Səbuhi Novruzov, səhiyyə naziri Niyazi Novruzov daxildir.

Gün ərzində nümayəndə heyətimiz qəza nəticəsində yaralanan vətəndaşlarımız, onların müalicə həkimləri və xəstəxana rəhbərləri, həmçinin İğdırın rəsmi şəxsləri ilə görüşüb. Yaralıların müayinə və müalicəsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin Vətənə göndərilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeyd edək ki, Türkiyənin İğdır-Naxçıvan avtomobil yolunda baş vermiş qəza nəticəsində zərərçəkən azərbaycanlıların sayı dəqiqləşdirilib. Həlak olanlardan 3-nün, yaralananlardan 26-sının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qəza baş verəndən az sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və konsulluğun əməkdaşları hadisə yerində olublar. Azərbaycanın Qarsdakı Baş konsulluğunun İğdır şöbəsində hadisə ilə əlaqədar “qaynar xətt” yaradılıb.

www.naxcivantv.az