Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilir

Naxcivantv.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan muxtar respublika birinciliyinə start verilib.

İlham Əliyev adına olimpiya idman kompleksində keçirilən birincilik başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək idmançılara uğurlar arzulayıb və yarışı açıq elan edib.

Yarışda Naxçıvan komandası ilə yanaşı Sədərək, Şərur, Şahbuz və Babək komandalarının tərkibində 60-a yaxın idmançı qüvvəsini sınayır. Sabah keçiriləcək final görüşlərində mübarizə aparmaq üçün güləş xalçasına çıxan idmançılar 8 çəki dərəcəsində  maraqlı mübarizəyə qoşulublar.

Günün sonunda güləşçilər Cəmşid Naxçıvanskinin Ev Muzeyində olublar. Burada idmançılara məşhur sərkərdənin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər, orden və medallar, müxtəlif sənədlər, məktub və əlyazmalar, Cəmşid Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar barədə məlumat verilib.

Birinciliyə sabah keçiriləcək final görüşləri ilə yekun vurulacaq.

Elvir Qasımzadə

NTV xəbər

 

www.naxcivantv.az