1998-ci il oktyabrın 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirilib.

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyev xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan xalqının Heydər Əliyevə ikinci dəfə böyük etimad göstərməsi səbəbsiz deyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda məhz Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Heydər Əliyev Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtdı və hakimiyyətin düzgün strategiyasını müəyyənləşdirdi. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı.

Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı.

Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Ötən ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə üstün olan Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.

Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

19-10-2018-11-37 Xəbərlər

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq əra...

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

19-10-2018-10-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi – VİDEO

19-10-2018-10-16 Xəbərlər

Ötən günün mənzərəsi – VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

18-10-2018-19-50 Xəbərlər

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

Bu il 40 yaşını qeyd edən Babək rayonu böyük inkişaf yolu keçib.

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

18-10-2018-19-28 Xəbərlər

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 01 oktyabr 2018-ci...

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

18-10-2018-18-28 Xəbərlər

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni ekspona...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

18-10-2018-18-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Müstəqilliyi Gü...

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

18-10-2018-17-31 Xəbərlər

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

NUHÇIXAN xəbər verir ki, peşə təhsili müəssisələrində “Qazanxana maşinisti” kurs...

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

18-10-2018-17-14 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Türkmənistan Respublikasının Müstəqillik Günü münasibət...

“Naxçıvan” Universitetində konfrans keçirilib

18-10-2018-16-51 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Dövlət Müstəqilliyi Günü il...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

18-10-2018-16-36 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali M...

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

18-10-2018-16-13 Xəbərlər

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

3 ən ziyanlı gigiyenik vərdiş

18-10-2018-15-52 Xəbərlər

3 ən ziyanlı gigiyenik vərdiş

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

18-10-2018-15-22 Xəbərlər

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Xarici...

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

18-10-2018-15-08 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr-Milli Müstəqillik Günü münasibəti ilə Naxçıv...

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

18-10-2018-14-47 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respu...

Güləşçilərimiz dünya çempionatında “İL’ Azero”nun məşq geyimlərində çıxış edəcəklər

18-10-2018-14-26 Xəbərlər

Güləşçilərimiz dünya çempionatında “İL’ Azero”nun məşq geyimlərində çıxış edəcəklər

Azərbaycan millisi oktyabrın 20-dən 28-dək Budapeştdə keçiriləcək güləş üzrə dün...

“İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib

18-10-2018-14-08 Xəbərlər

“İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun ol...

NASA Veneraya missiya göndərmək konsepsiyası üzərində işləyir

18-10-2018-13-55 Xəbərlər

NASA Veneraya missiya göndərmək konsepsiyası üzərində işləyir

ABŞ Milli Aviasiya və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Veneraya missiya g...

Naxçıvanda sabaha olan hava proqnozu

18-10-2018-13-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 19-na gözlənilən hava proqnozu açıqlan...

“microSD” yaddaş kartına alternativ təqdim edilib

18-10-2018-12-52 Xəbərlər

“microSD” yaddaş kartına alternativ təqdim edilib

Bir gün əvvəl nümayiş etdirilmiş “Mate 20” istehsal xəttinə aid yeni smartfonlar...

Müstəqillik gününə həsr edilən rəsm sərgisi

18-10-2018-12-29 Xəbərlər

Müstəqillik gününə həsr edilən rəsm sərgisi

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...

Çin dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsini uğurla sınaqdan keçirib

18-10-2018-12-08 Xəbərlər

Çin dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsini uğurla sınaqdan keçirib

Çində istehsal olunan dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi ilk uçuş sına...

Naxçıvan daimi nümayəndəliyində görüş

18-10-2018-11-47 Xəbərlər

Naxçıvan daimi nümayəndəliyində görüş

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Müstəqilliyinin 27-ci ili mübarəkdir, Vətən!

18-10-2018-11-21 Xəbərlər

Müstəqilliyinin 27-ci ili mübarəkdir, Vətən!

Səhər-səhər işə gedəndə qarşılaşdığım mənzərə istənilən azərbaycanlını qürurland...

Əhaliyə nümunəvi bank xidməti göstərilir

18-10-2018-11-02 Xəbərlər

Əhaliyə nümunəvi bank xidməti göstərilir

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statis...

Hər bir işləyən vətəndaşın sosial sığorta haqları üzrə ödəmələri almaq hüququ var

18-10-2018-10-46 Xəbərlər

Hər bir işləyən vətəndaşın sosial sığorta haqları üzrə ödəmələri almaq hüququ var

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib

18-10-2018-10-28 Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev okty...

Ötən günün mənzərəsi - VİDEO

18-10-2018-10-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

İsrail səfiri Naxçıvanda səfərdədir - VİDEO

18-10-2018-10-10 Xəbərlər

İsrail səfiri Naxçıvanda səfərdədir - VİDEO

İsrailin ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvan Muxtar ...