Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ermənistanda hökm sürən sosial-iqtisadi böhran təhsil sahəsinə də təsirini göstərib.

İşğalçı ölkədə məktəblərin vəziyyəti ürəkaçan deyil. Siniflərdə istiliyin olmaması valideynlərin etirazına səbəb olub.  Ermənistanın Ararat rayonunun sakinləri təhsil sistemindən narazıdırlar. Deyirlər ki, yaşadıqları ərazidəki heç bir məktəbdə istilik yoxdur. 20-30 ildir eyni problem həllini tapmamış qalır. Ona görə də uşaqlar tez-tez xəstələnirlər. Nəticədə davamiyyət aşağı düşür.

Ararat rayonunun Nor Kyurin ərazisində yerləşən məktəb ötən əsrin 90-cı illərində tikilib. Təhsil müəssisəsi üçün qazanxana inşa olunsa da, indiyədək ondan istifadə edilməyib. Siniflər müxtəlif qızdırıcı vasitələrlə isidilir. Valideynlər deyirlər ki, dəhlizlərdə soyuqdan durmaq mümkün deyil. Havanın şaxtalı olduğu günlərdə istilik avadanlıqlarının gücü sinifləri qızdırmağa çatmır. Yuxarı mərtəbələrdə isə dərs keçmək ümumiyyətlə mümkün deyil. Valideynlər məsələ ilə maraqlanmadığı üçün hökumətdən gileylənirlər.  Ermənistan Təhsil Nazirliyinin Ararat rayon şöbəsinin rəsmisi Qarik Vartanyan vəziyyətdən çıxmaq üçün hər şeyin düzələcəyini deyir.

Ararat sakinləri nazirliyin rəsmisinin açıqlamasını gülünc hesab edirlər. Bildirilir ki, diaspor ərazidəki məktəblərin istilik probleminin həlli ilə bağlı dəfələrlə hökümətə vəsait göndərib. Pullar isə mənimsənilib. Çünki, ortada heç bir real iş yoxdur. Hər il qış aylarında məktəbdə dəsrlər vaxtından əvvəl yekunlaşır. Çünki, soyuq otaqlarda dərs keçmək mümkün deyil. Əvvəllər təhsil müəssisələrinin hər biri mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmuşdusa, Ermənisanın müstəqilliyindən sonra isə şəbəkə dağıdıldı, avadanlıqlar isə satıldı. İndi məktəblər təhlükə mənbəyi olan qızdırıcıların ümidinə qalıb. İstilik bir yana, siniflərdə dərs keçmək üçün  normal şərait  belə yoxdur. Ermənistandakı məktəblərin böyük əksəriyyətinin binaları, maddi-texniki bazası köhnəlib. Bu da onu göstərir ki, Ermənistanda  son 30 ildə  təhsil müəssisəsiləri də diqqətdən kənarda qalıb.  Ölkənin əsasən əyalətlərində məktəb tikintisi aparılmayıb.  Üstəlik də kəndlərin boşalması nəticəsində bir çox orta təhsil müəssisələri şagirdsiz qalıb.

Turab Hacızadə

NTVxəbər

www.naxcivantv.az