Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

AMEA Naxçıvan Bölməsinin əməkdaşları   “Xatirə” muzeyini ziyarət ediblər

Naxcivantv.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşı “Şəhidlər Xiyabanı”nın ərazisində  yerləşən “Xatirə” muzeyini ziyarət ediblər.

Ziyarətçilər muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olublar. Muzey müxtəlif bölmələrdən  və güşələrdən ibarətdir. Muzeydə 2 minə yaxın eksponat var. 400-ə yaxın eksponat isə  ekspozisiya zalında nümayiş olunur. Muzeydə erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdikləri qırğınları, faciələri əks etdirən sənəd və materiallar nümayiş olunur. Ermənilərin 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində-Bakıda, Zəngəzurda, İrəvanda, Qazaxda, Naxçıvanda, Ordubadda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər muzeydə yer alan foto-şəkillərdə əks olunur. Həmçinin muzeydə İkinci Dünya Müharibəsində iştirak etmiş Naxçıvandan olan Sovet İttifaqı Qəhrəmanlarının foto-şəkilləri də vardır. Növbəti güşələrdə isə erməni daşnaklarının törətdikləri Xocalı soyqırımı və 20 Yanvar faciəsini əks etdirən materiallar, Azərbaycanın  Milli Qəhrəmanlarına aid  foto-şəkillər və şəxsi əşyalar nümayiş olunur.

Muzey bələdçisi qeyd edib ki, Naxçıvan şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan bu muzeyin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti var.

 

                                                        Laləzar Hüseynova

NTVxəbər   

 

www.naxcivantv.az