Muxtar respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadiyyatın şaxələnməsi təmin edilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, özəl bölmənin inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti formalaşıb, əhalinin maddi rifahı və həyat səviyyəsi xeyli yüksəlib.

Aparılan kompleks quruculuq işləri nəticəsində inkişafa, müasirliyə qovuşan yaşayış məntəqələrimizin siması tamamilə dəyişib, yeniləşib.

İnsan amilinə verilən yüksək qiyməti özündə təcəssüm etdirən bu quruculuq prosesində kənd yaşayış məntəqələrimiz özünəməxsus yer tutur. Görülən bu tədbirlər Şərur rayonunun Yengicə kəndini də əhatə edib, bura müasir yaşayış məntəqəsinə çevrilib, şəhər rahatlığı yaradılıb. Əvvəllər kənd sakinləri içməli su təminatından əziyyət çəkirdisə, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində artıq bu məsələ də öz həllini tapıb. Sentyabrın 5-də bu yaşayış məntəqəsində içməli su şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, Yengicə kəndinin içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

“Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində kənddə 30 kilometrdən artıq içməli su xətləri çəkilib, 900-ə yaxın su birləşmələri həyata keçirilib. Bununla yaşayış məntəqəsinin 4 min 600 nəfərdən çox əhalisi keyfiyyətli içməli su ilə təmin olunub. Bu gün Yengicə kəndinə 24 saat Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun içməli su verilir. Bu, muxtar respublikamızda insan amilinə verilən ən yüksək qiymətdir.

Naxçıvanda mədəniyyət və turizm sahələrinin, milli-mədəni irsimizin qorunması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Əsrlərdən bəri milli kimliyimizi özündə yaşadan tarix və mədəniyyət abidələrinə göstərilən qayğının nəticəsidir ki, həmin abidələr qorunur, onların bərpası diqqətdə saxlanılır, qalalar, türbələr, məscidlər, buzxanalar və hamamlar ilkin görkəmi saxlanmaqla bərpa olunur. Bu, Azərbaycanın tarixi keçmişinə böyük diqqət, gələcəyinə əsaslı töhfədir. Nəzər yetirsək, görərik ki, bu abidələr heç də sıradan tarixi abidələr deyildir. Onların hamısı İslam dini və mədəniyyətinin formalaşmasını özündə əks etdirən tarixi-dini tikili, bəziləri dünya əhəmiyyətli, bəziləri isə Azərbaycanın milli dövlətçilik ənənələrini özündə yaşadan tarixi abidələrdir. Bu abidələr Naxçıvanda əsrlərboyu formalaşan sivilizasiyanın “daş təmsilçiləri” kimi çıxış edirlər. Ona görə də həmin abidələri Azərbaycana, ümumilikdə isə dünyaya yenidən bəxş edənləri, tarixi yaşadanları tarix də mütləq yaşadacaqdır.

Qədim diyarımızda bu istiqamətdə görülən işlərin davamı olaraq XVIII əsrdə tikilən və sonralar dağıntılara məruz qalan Yengicə kəndindəki Şərq hamamı sentyabrın 5-də bərpadan sonra istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, Yengicə kəndindəki Şərq hamamının “Muzey günləri” qrafikinə daxil edilməsi, muxtar respublikada yaşayan və fəaliyyət göstərən sənətkarların qeydiyyata alınması, eləcə də onların bundan sonra da lazımi iş şəraiti ilə təmin olunması barədə müvafiq tapşırıqlar verib.

Naxçıvan şəhərindəki tarixi binalar da qorunur, yenidən qurulur. Hazırda Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır. Tikinti işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin ev-muzeyi yerləşəcək. Sentyabrın 13-də Ali Məclisin Sədri binada aparılan yenidənqurma işləri ilə tanış olub.

Reallıqdır ki, cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olan təhsil intellektual potensialı formalaşdırır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını formalaşdırır. Bu gün qürurla deyə bilərik ki, Heydər Əliyev ideallarına sədaqətin, onun işıqlı yolunun uğurla davam etdirilməsi nəticəsində Naxçıvan maddi dəyərlərin insan kapitalına çevrildiyi bir məkandır. Doğma diyarımızda bütün sahələr üzrə kadrların hazırlanmasına xüsusi diqqət yetirilir, səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Tibb Kollecinin binasında əsaslı yenidənqurma işlərinin aparılması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Yenidənqurma işlərindən sonra kollec müasir tibbi təhsil müəssisəsinə çevrilib. Müəllim və tələbələr üçün hərtərəfli tədris şəraiti yaradılıb. Hazırda kollecdə elektron tədris vasitələri tətbiq olunmaqla, 39 qrupda 8 ixtisas üzrə 702 tələbə təhsil alır.

Sentyabrın 13-də Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, kollecin elektron dərslik fondunun zənginləşdirilməsi, müəllim və tələbələrin təcrübə mübadiləsinin davam etdirilməsi, tədris prosesində qədim tibbi metodların və ənənələrin də öyrədilməsi barədə tapşırıqlar verib.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün muxtar respublikamızın kənd yaşayış məntəqələrində quruculuq işləri ən yüksək səviyyədə aparılır. Bununla hətta ucqar yaşayış məntəqələrimizdə də sosial-mədəni infrastruktur obyektləri müasir standartlara uyğun tikilərək istifadəyə verilir, sahibkarlığın, buna paralel olaraq kənd turizminin inkişafı üçün münbit şərait yaradılır, insanların yaşayış şəraiti yaxşılaşdığından onların yurda, torpağa bağlılığı daha da artır. Rahatlığı şəhərlərimizdən seçilməyən kəndlərimizdə yaşayan təşəbbüskar sakinlərin sayı artdıqca, burada müxtəlif təsərrüfat sahələri yaradılır, yeni iş yerləri açılır, yerli məhsul istehsalı çoxalır. Sentyabrın 15-də Şərur rayonunun İbadulla kəndi də muxtar respublikanın belə abad yaşayış məntəqələri sırasına daxil olub.

Həmin yaşayış məntəqələrimizdə gələcəyimiz olan uşaq və yeniyetmələrin ən müasir şəraitdə təhsil almaları üçün də kompleks tədbirlər həyata keçirilir, gözəlliyi ilə gözoxşayan, hər cür maddi-texniki bazaya malik məktəb binaları tikilib istifadəyə verilir.

İllər öncə muxtar respublika rəhbəri demişdi ki, vaxt gələcək kəndlərdə ən hündür binalar məktəb binaları olacaq. Artıq bu sözlər həyatda öz təsdiqini tapıb: muxtar respublikanın kəndlərində ən hündür binalar məktəb binalarıdır. Bu, bir daha təsdiq edir ki, dövlətimiz təkcə bu günümüzə yox, gələcəyimizə də böyük qayğı göstərir. Bilik Günündə İbadulla kəndində istifadəyə verilən müasir məktəb binası da bunun növbəti nümunəsidir.

Məktəb binasının açılışında iştirak edən Ali Məclisin Sədri muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edib, gənclərə müraciətlə deyib: “Müasir dünyanın reallıqları onu göstərir ki, müstəqillik və sabitlik şəraitində yaşamaq, təhsil almaq heç də hər kəsə nəsib olmur. Hər bir gənc bugünkü müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın qədrini bilməli, Ulu Öndərimizin əsəri və əmanəti olan qüdrətli Azərbaycanın əsl vətəndaşına çevrilməlidir. Siz bu gün nə qədər yaxşı oxusanız, elmlərə və biliklərə nə qədər dərindən yiyələnsəniz müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və işıqlı olacaqdır”.

Təhsil ocağında yaradılan şəraitlə tanış olan Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçilən interaktiv dərsi izləyib. 214 təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmin gün İbadullada kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə avtomobil yolu və İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib. Bütün bunlar hər bir sakinin rahatlığına xidmət edir. Çünki müasir və abad yollar, tikilən əhəmiyyətli sosial obyektlər inkişaf və rahat həyat deməkdir. Bu isə dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir.

Hər il Məhərrəm ayı və onun Aşura günü muxtar respublikada İslam dəyərlərinə uyğun qeyd olunur. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı kimi əhəmiyyətli bir missiyanın daşıyıcısı, dünyada İslam mədəniyyətinin bayraqdarı olan Naxçıvan şəhərindəki Cümə məscidində sentyabrın 20-də Aşura mərasimi keçirilib.

Ali Məclisin Sədri Aşura mərasimində iştirak edib.

Muxtar respublikada aparılan geniş tikinti-quruculuq işləri sırasında yol təsərrüfatı da xüsusi çəkiyə malikdir. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yeni texnikaların alınması yol tikintisinin əhatə dairəsini xeyli genişləndirib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınması üçün yeni mexanizmlər alınıb. Yol infrastrukturu müasirləşdirilərkən diqqətdə saxlanılan əsas məsələlərdən biri də yerli tikinti materiallarından istifadə etməklə keyfiyyətli asfalt istehsalına nail olmaqdır. Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi də məhz bu sahədə görülən işlərin davamıdır.

Zavodun açılış tədbirində iştirak edən Ali Məclis Sədrinin qeyd etdiyi kimi, muxtar respublika ərazisində kifayət qədər daş və qum-çınqıl ehtiyatı vardır. Bu, keyfiyyətli asfalt istehsalında mühüm amildir. Yerli xammal əsasında işləyəcək asfalt-beton zavod muxtar respublikada yol tikintisinə böyük təkan verəcəkdir. Hər il Naxçıvanda 100 kilometrlərlə yeni avtomobil yolları çəkilir. Muxtar respublikanın şəhərdaxili, rayon və kənd­lərini birləşdirən avtomobil yolları yenidən qurulur, keyfiyyətli asfalt örtük salınır. Hazırda Culfa-Ordubad magistral, Babək rayonunun Cəhri-Yuxarı Buzqov və Ordubad rayonunun Dəstə kənd, eyni zamanda, Naxçıvan şəhərinin avtomobil yolları yenidən qurulur. Həmin yollarda işlərin keyfiyyətlə aparılması üçün müasir asfalt-beton zavodun qurulmasına ehtiyac var idi. Çünki əvvəlki illərdə quraşdırılmış zavod öz istismar müddətini başa vurduğundan keyfiyyətli asfalt istehsal olunmurdu. Yeni asfalt-beton zavodun qurulması muxtar respublikada bundan sonra da keyfiyyətli yolların çəkilməsinə imkan verəcəkdir. Müəssisənin fəaliyyətə başlaması gənc mütəxəssislərin işlə təminatına da öz töhfəsini verir.

Sentyabrın 21-də Ali Məclisin Sədri idarəetmə otağında zavodu işə salıb, alınan yeni texnikaların açarlarını təqdim edib.

Bu gün sabitliyin və əmin-amanlığın hökm sürdüyü muxtar respublikamız özünün sosial-iqtisadi inkişafı, abadlığı ilə hər kəsin diqqətini cəlb edir. Multikultural dəyərlərin yaşadıldığı Naxçıvan artıq dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir, Şərqlə Qərb arasında müxtəlif əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyi mühüm körpüyə çevrilir. Təsadüfi deyil ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıması Naxçıvanın İslam dünyasındakı yerini müəyyən edirsə, ötən ay Avropa İttifaqının üzvü olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə Naxçıvanda “Avropa günləri”nin keçirilməsi bu qədim diyarın Qərb üçün də əhəmiyyətini ortaya qoyur.

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ində iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İttifaqa üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsini muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə təşkilinə inamın ifadəsi kimi dəyərləndirib.

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib. Ali Məclisin Sədri tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa Naxçıvan xalçası hədiyyə edib.

İslam ölkələri də bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişafına xüsusi önəm verir. Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Küveyt Dövləti arasında qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Sürətlə inkişaf edən, regionda və dünyada nüfuzu durmadan artan Azərbaycan Respublikası strateji müttəfiqləri ilə əlaqələrini genişləndirir, özünün milli maraqlarını ön planda tutaraq bölgənin aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlığı müasir dövrün tələbləri çərçivəsində inkişaf etdirir. Bu mənada, Rusiya Azərbaycan arasında mövcud əlaqələr həm rus, həm də Azərbaycan xalqlarının maraqlarına cavab verir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rusiyanın regionları arasında iqtisadi-ticarət və humanitar əlaqələrin, xüsusən turizmin inkişafı üçün geniş imkanlar mövcuddur.

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

Ali Məclisin Sədri qonağı ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirib, təhsil və turizm sahəsindəki əlaqələrdən bəhs edib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Muxtar respublikada inkişafın yeni konturlarını müəyyən edən perspektivli dövlət siyasətinin həyata keçirilməsi, bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması onu çiçəklənən, abadlaşan möhtəşəm bir diyara çevirib. Ulu öndər Heydər Əliyevin strateji inkişaf xəttinin həyata keçirilməsinin, qurucu rəhbərin öz vətəninə, elinə bağlılığının, Vətən və dövlət sevgisindən doğan gərgin əmək və misilsiz əzmkarlığın nəticəsidir ki, tarixən “Şərqin qapısı” adlandırılan qədim diyarımız bu gün regional informasiya və mədəniyyət mərkəzlərindən biri kimi şan-şöhrət qazanıb. Naxçıvan vaxtilə bizim xəyallarımızın belə çata bilmədiyi zirvələrə ucalıb.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Nəsirəddin Tusi müharibə və sülh haqqında

04-06-2020-17-40 Xəbərlər

Nəsirəddin Tusi müharibə və sülh haqqında

Azərbaycanın dövlətçiliyi qədər, onun beynəlxalq əlaqələri və xarici siyasəti də...

Prezident Naxçıvanın meliorasiya və su təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

04-06-2020-17-19 Xəbərlər

Prezident Naxçıvanın meliorasiya və su təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyunun 4-də Su təsərrüfatı və meliorasiya işçilərinə “Əmə...

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib - VİDEO

04-06-2020-17-00 Xəbərlər

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclərin hərbi vətənpərlik tərbi...

Şahbuzda tikilən çoxmərtəbəli yaşayış binaları əhalinin mənzil-məişət şəraitini yaxşılaşdıracaq

04-06-2020-16-06 Xəbərlər

Şahbuzda tikilən çoxmərtəbəli yaşayış binaları əhalinin mənzil-məişət şəraitini yaxşılaşdıracaq

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhərində 6 mərtəbədən iba...

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

04-06-2020-15-45 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi...

Rezidenturaya qəbul imtahanı üzrə ödənişsiz onlayn sınaq imtahanı əlavə edilib

04-06-2020-15-24 Xəbərlər

Rezidenturaya qəbul imtahanı üzrə ödənişsiz onlayn sınaq imtahanı əlavə edilib

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalına rezidenturaya qəbul imtahanının ik...

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

04-06-2020-14-10 Xəbərlər

Nazirlər Kabineti xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonu...

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

04-06-2020-14-00 Xəbərlər

Baş Nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iy...

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

04-06-2020-13-31 Xəbərlər

Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə subbakalavrların iyunun 1-dən başlanan ərizə qəbulu da...

Ötən günün mənzərəsi - VİDEO

04-06-2020-10-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

04-06-2020-10-20 Xəbərlər

Naxçıvan şəhər məktəbliləri üçün “Nəbatat” bağına virtual ekskursiya təşkil olunub

Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiri...

Naxçıvanda idman inkişafın yeni mərhələsində

04-06-2020-09-19 Xəbərlər

Naxçıvanda idman inkişafın yeni mərhələsində

Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkiş...

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

04-06-2020-09-00 Xəbərlər

Özbəkistanın orol24.uz portalında Azərbaycanın əfsanəvi qalaları və Naxçıvandakı Əlincəqala haqqında məqalə yer alıb

Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zən...

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

03-06-2020-18-31 Xəbərlər

Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub

Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlay...

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

03-06-2020-17-03 Xəbərlər

Ordubad rayonunda taxıl biçininə hazırlıq işlər başa çatıb - VİDEO

Muxtar respublikada taxıl biçininə son hazırlıq işləri gedir. Ordubad rayonunun ...

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

03-06-2020-15-50 Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda qızlar mə...

Sinoptiklər xəbərdarlıq edirlər...

03-06-2020-15-06 Xəbərlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən ist...

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

03-06-2020-12-03 Xəbərlər

İyunun 6-da və 7-də imtahan verəcək abituriyentlərin nəzərinə

İyunun 3-ü saat 09:30-a olan məlumata əsasən, iyunun 6-da və 7-də 9 və 11-ci sin...

Ötən günün mənzərəsi - VİDEO

03-06-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

03-06-2020-09-00 Xəbərlər

Təhsil Nazirliyinin əməkdaşı: Bütün müəllimlərin məktəbə gəlməsinə ehtiyac yoxdur

Hazırkı sanitar-epidemioloji vəziyyətlə əlaqədar insanların bir araya toplaşması...

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

02-06-2020-17-24 Xəbərlər

Bütün təhsil müəssisələrində dərslər tədris ilinin sonunadək dayandırıldı

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəss...

Naxçıvanda sabaha olan hava proqnozu

02-06-2020-16-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

02-06-2020-15-03 Xəbərlər

“İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirildi

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

02-06-2020-14-21 Xəbərlər

Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfi...

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

02-06-2020-14-00 Xəbərlər

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilala...

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

02-06-2020-10-44 Xəbərlər

Dədə Qorqud yurdunun “oxunmamış” yadigarı – Əyrək nekropolu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıva...

Ötən günün mənzərəsi - VİDEO

02-06-2020-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

02-06-2020-09-40 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu v...

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

02-06-2020-09-00 Xəbərlər

2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür

Naxçıvan Beynəlxalq Hava Limanı müasir tələblər səviyyəsində qurulub.

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

01-06-2020-19-11 Xəbərlər

Qədim Ordubad müasir görkəminə qovuşur - VİDEO

Muxtar respublikanın bütün rayonları kimi qədim Ordubad da görkəmini dəyişir.