Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun kollektivi AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında olublar.

Bağla tanışlıq zamanı məlumat verilib ki, bura canlı yaşıl muzey olmaqla yanaşı, həm də nadir və faydalı bitkilərin genofondunun qorunub saxlanılması və mühafizəsi baxımından əvəzsiz rola malikdir. Burada  təkcə yerli deyil, dünyanın bir çox ölkələrində yetişən bitki növləri də nümayiş olunur.

Bundan başqa yaşıl muzeydə dərman bitkilərinin əkilib becərilməsi və onların artırılması işləri də aparılır. Canlı təbiət muzeyində gülçülük, tingiçilik, meyvə genefondu bağı, nadir bitkilər kolleksiyası, nadir üzüm sortlarının genefondu bağı üçün də sahələr ayrılıb. Bağda meyvə tingləri calaq edilərək müxtəlif təşkilatlara, fermer təsərrüfatlarına paylanılır.

Bağın ultraseratipli istixanasında müxtəlif iqlim qurşaqlarına aid flora növləri ziyarətçiləri daha çox maraqlandırıb.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/17364-institutun-kollektivi-n%C9%99batat-ba%C4%9F%C4%B1nda-olub.html?tmpl=component&print=1&layout=default&page=#sigProId25c4093f4e

Mədinə Rəhimli

www.naxcivantv.az