Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan inciləri: El arasında Şeyx Xorasan adlanan  “Əlincəçay Xanəgahı”-FOTOLAR

El arasında Şeyx Xorasan adlanan kompleksdən zəmanəmizədək türbə, məscid və bəzi tikililərin qalıqları gəlib çatıb. Xanəgah uzun müddət burada yaşayan dərvişlərin ibadət və zikr yeri olub.

Naxcivantv.az-ın məlumatına görə,  Əlincəçayın sahilində ucalan, eyni zamanda islam mədəniyyəti abidələrimizin bənzərsiz nümunələrindən olan Xanəgahı Abidələr Kompleksi həm memari quruluşu, həm də maraqlı tarixi ilə hər kəsi özünə heyran qoyur.

Kompleksə daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilib. Memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII  əsrlərə aid etmək olar.

Xanəgah kompleksinə yerli əhali arasında verilən Şeyx Xorasan adı Fəzlullah Nəimi ilə bağlıdır. Bu ad Xorasanlı şeyx, Xorasan şeyxi kimi izah edilir. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid Xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə 1495-96-cı illərdə Xond Bikə xatın tərəfindən inşa edilib.

Orta əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayıb buradan öz ideyalarını yayıblar.

Kompleks bu gün də ziyarətgah kimi əhalinin tez-tez üz tutduğu məkanlardandır. Əsasən yaz, yay aylarında insanlar buraya gələrək dini ibadətlərini yerinə yetirir, dualar edirlər.

Əlincəçay Xanəgahı islam mədəniyyətinin ən qədim, eyni zamanda ən qiymətli memarlıq incilərindəndir. Abidə həm də 2018-ci ildə İslam mədəniyyətinə paytaxt olacaq muxtar respublikamızın mühüm əhəmiyyətli dini abidələrindəndir.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1737-nax%C3%A7%C4%B1van-incil%C9%99ri-el-aras%C4%B1nda-%C5%9Feyx-xorasan-adlanan-%E2%80%9C%C9%99linc%C9%99%C3%A7ay-xan%C9%99gah%C4%B1%E2%80%9D-fotolar.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdf9e7061d67

                                                                     Şahmərdan Əhmədli

NTVxəbər

 

www.naxcivantv.az