Ermənistanda siyasi baxımdan vəziyyət hələ də kifayət qədər gərgin hesab edilir. Baş verənlər onu deməyə əsas verir ki, ölkə cəmiyyətində ciddi siyasi parçalanma var. Real durum onu göstərir ki, bu parçalanmanın tərəfləri sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, digəri isə baş nazir Nikol Paşinyandır. Hazırda Nikol Paşinyanın Ermənistan ictimaiyyəti və xalqı arasında nüfuzu böyükdür. Amma 20 il iqtidarda olan separatçı rejim güc strukturlarında, yerli icra orqanlarında öz adamlarını yerləşdirib. Üstəlik parlamentdə sabiq rəhbərliyin qurduğu Respublika Partiyası ən çox deputat mandatına sahibdir. Bu da öz növbəsində güc mustəvisində tərəflərin qarşıdurmasının daha kəskin xarakter almasına rəvac verir.
 
Ermənistan yenə xaosa yuvarlanır
 
İndi Paşinyan üçün əsas məqamlardan biri parlamenti öz nəzarətinə almaq, Respublika Partiyasını buradan sıxışdırmaqdır. Bunun üçün o, dekabr ayında növbədənkənar parlament seçkiləri keçirməyi düşünür. “France 24” telekanalına müsahibəsində bununla bağlı Paşinyan qeyd edib ki, seçkilərin həmin vaxt baş tutması üçün oktyabrın 16-da istefa verəcək:
“Təxmini deyə bilərəm ki, növbədənkənar parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Buna görə də mən oktyabrın 16-da istefaya getməliyəm”.
Belə vəziyyətdə Respublika Partiyası bəyan edib ki, Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan “Çiçəklənən Ermənistan” Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan Haqik Tsarukyanın partiyası Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəyini, eləcə də başqa namizədi dəstəkləməyəcəyini öhdəsinə götürüb. Həmçinin vəd edib ki, “Tsarukyan” fraksiyası parlamentdə başqa partiyadan da namizədin irəli sürülməsi təşəbbüsünə qatılmayacaq. Daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiklərini bildiriblər. Daha bir maraqlı məqam isə odur ki, dünən Respublikaçılar fraksiyasından olan bir sıra deputatlar Paşinyanın yanında olduqlarını bəyan ediblər.
 
“Paşinyan dekabrda sürprizlə qarşılaşacaq”
 
Ekspertlər bildirir ki, əslində, Robert Koçaryan və Serj Sarkisyanın, eləcə də onlara bağlı qüvvələrin dekabrda Paşinyana sürpriz etməsi tamamilə gözləniləndir. Çünki Paşinyanın parlamenti və yenidən baş nazir vəzifəsini ələ alacağı təqdirdə Robert Koçaryan və Serj Sarkisyan kifayət qədər ağır duruma düşəcəklərini yaxşı bilirlər. Bu səbəbdən onların asanlıqla Paşinyana təslim olacağı inandırıcı sayılmır.
Bunu “Yekramas” saytı da xüsusi olaraq diqqətə çatdırır və bildirir ki, Ermənistan xaosa yuvarlanmaq ərəfəsindədir: “Hər hökuməti ilk 100 gününə görə mühakimə edirlər. Məhz bu dövr ərzində hakimiyyətə gələn qüvvənin öz proqramını nə dərəcədə icra etmək qabilliyyəti aydın olur. Hakimiyyətə gələrkən Nikol Paşinyan deyirdi ki, onun hədəfi hakimiyyətdəki oliqarxik klanlar əsasından formalaşan, qərarları hüquqi əsas üzərində yox, hakimiyyət institutlarına qeyri-qanuni təzyiqlər əsasında qəbul edən köhnə sistemi sındırmaqdır. Paşinyan və onun tərəfdarları deyirdilər ki, hədəfləri güclü demokratik institutlar qurmaqdır. Bəs bu gün biz nə müşahidə edirik?
 
Keçən 100 günü Nikol Paşinyan möhtəşəm mitinqlə qeyd etdi. Bu mitinqdə o bəyan etdi ki, bundan sonra küçə yenidən formalaşmanın qarantı olacaq. Bəs o zaman əgər hər şeyin qərarı meydanda veriləcəkdisə, hansı islahatlar və demokratik institutların formalaşmasından söhbət gedə bilər? Bu, sadəcə başlanğıcdır. Nikol Paşinyan üçün ilk imkan 2008-ci ilin 1 mart hadisələri haqqında cinayət işi oldu. Burada araşdırma bir yolla – Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ünvanına ittihamların səsləndirilməsi ilə getdi. Yəni o və həmin dövrün silahlı strukturlarının rəhbərləri nümayişçilərə qarşı qeyri-qanuni güc tətbiq ediblər. Bu artıq cinayət işinin siyasiləşdirilməsi demək idi”.
 
Daxili qarşıdurma davam edir
 
O da xüsusi olaraq vurğulanır ki, Paşinyanın Koçaryanı konstitusion rejimi dəyişməkdə ittiham etməsi baş nazirin özünün qeyri-legitim olması anlamına gəlir: “Koçaryanı konstitusion quruluşu devirməkdə ittiham edirlər. İrəli sürülən iddia çox təhlükəlidir. Belə çıxır ki, əgər Koçaryan konstitusion rejimi de-fakto məhv edibsə, o zaman Serj Sarkisyan qeyri-legitimdir. Demək ki, həm də 2015-ci ilin konstitusiya reformları da qeyri-legitimdir. Demək ki, həm də Nikol Paşinyan qeyri-legitimdir, çünki Sarkisyan dövründə qəbul edilən qanunlar əsasında baş nazir olub”.
 
“Yekramas” saytı Ermənistanda yeni hökumətin sələfləri üçün cinayət hesab etdiyi bütün addımları özünün təkrarladığını bildirib. Yeni hökumətin özündən əvvəlkilərin səhvlərini təkrarlayacağı təqdirdə ölkənin xaosa yuvarlanacağının qaçılmaz olduğu qeyd edilir: “İndi bu şəraitdə seçkilərə gedilməsi özü də təhlükəlidir. Hələ bilinmir ki, Paşinyana qarşı dekabrda indi müxalifətdə olanlar hansı addımlar atacaqlar. Onların Paşinyanın asanlıqla bütün hakimiyyətə yiyələnməsinə icazə verəcəkləri qətiyyən inandırıcı sayılmır”.
Bütün bunlar qarşıda Ermənistanı həqiqətən çətin bir dövr gözlədiyini tam təsdiq edir.
 
Elçin CƏFƏROV,
“Azərbaycan”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

20-08-2019-18-46 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir

NUHÇIXAN xəbər verir ki, aztəminatlı ailələrin özünəməşğulluğu ilə bağlı növbəti...

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

20-08-2019-15-39 Xəbərlər

Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam

Dünya çempionatına çox az vaxt qalır.

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

20-08-2019-14-00 Xəbərlər

Bəxtiyar Əsgərov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Boccia idman növü üzrə yarış başa çatıb

20-08-2019-11-25 Xəbərlər

Boccia idman növü üzrə yarış başa çatıb

NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında ...

Cavidi xatırlayarkən…

20-08-2019-10-43 Xəbərlər

Cavidi xatırlayarkən…

Muzey — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi mə...

Futbol üzrə birincilik davam edir

20-08-2019-10-22 Xəbərlər

Futbol üzrə birincilik davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının kəndlərində futbolun in...

Ötən günün mənzərəsi - VİDEO

20-08-2019-10-01 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Cüdoçumuz bürünc medal qazanıb

20-08-2019-09-42 Xəbərlər

Cüdoçumuz bürünc medal qazanıb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərindəki “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2...

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

20-08-2019-09-21 Xəbərlər

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam edir - VİDEO

Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən kreditlər hesab...

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

19-08-2019-19-45 Xəbərlər

Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək...

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

19-08-2019-18-32 Xəbərlər

İctimai televiziya Naxçıvan yallılarından bəhs edən film hazırlayıb - VİDEO

Azərbaycanın nüfuzlu İctimai televiziyası Naxçıvan yallıları barədə sənədli film...

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

19-08-2019-17-29 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında taqım komandirləri ilə komandir hazırlığı məşğələləri keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

19-08-2019-16-26 Xəbərlər

Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətb...

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

19-08-2019-15-02 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

19-08-2019-14-41 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

19-08-2019-09-42 Xəbərlər

Muxtar respublikada bu ilin 6 ayı ərzində 250 minə yaxın rabitə və kommunal ödəniş haqları onlayn olaraq ödənilib

Son illər İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əldə olunan nailiy...

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

18-08-2019-18-51 Xəbərlər

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

Muxtar respublikada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkiş...

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

18-08-2019-15-45 Xəbərlər

Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən...

Naxçıvanda sabaha olan hava proqnozu

18-08-2019-14-42 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 19-na gözlənilən hava proqnozu açıqlanı...

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

18-08-2019-13-04 Xəbərlər

Gənzə hamamı qədim mədəniyyət abidəsidir

Ordubad rayonunun Gənzə kəndində yerləşən və XV yüzilliyə aid olan Gənzə hamamı ...

Qədim məişət əşyaları tarixdə və günümüzdə

18-08-2019-12-33 Xəbərlər

Qədim məişət əşyaları tarixdə və günümüzdə

Məişət əşyaları olan oraq, bıçaq hələ metalın kəşf edilmədiyi dövrdə obsidiandan...

Duzla bağlı deyimlər və atalar sözləri

18-08-2019-11-00 Xəbərlər

Duzla bağlı deyimlər və atalar sözləri

Ulu əcdadlarımız duzla bağlı çoxlu təsəvvürlər yaradıb.

Vətəndaş yazıçı

18-08-2019-09-59 Xəbərlər

Vətəndaş yazıçı

Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarla...

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

16-08-2019-14-36 Xəbərlər

Naxçıvan istiqamətində düşmən növbəti təxribata əl atdı-əsgərimiz yaralandı

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,...

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

16-08-2019-11-23 Xəbərlər

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında mux...

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

16-08-2019-09-41 Xəbərlər

Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində bu ilin əvvəlindən  k...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-08-2019-09-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin avqust ayının ilk...

Naxçıvanda sabaha olan hava proqnozu

14-08-2019-15-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

14-08-2019-14-59 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində üz tutanlar daha çoxdur - VİDEO

Təbii yollarla insanların müalicə aldığı Duzdağ Fizioterapiya Mərkəzinə yay günl...