Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, xalq şairi Məmməd Arazın Şahbuz rayonunun Nursu kəndindəki Ev muzeyinə  gənclərin ekskursiyası təşkil olunub.

Gənclər xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların nümayiş etdirildiyi muzeylə tanış olublar. Onlara şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. 20-ci əsrin sonlarında Azərbaycan poeziyasında öz sözünü deyən Məmməd Araz həm də ikinci dəfə qazandığımız müstəqilliyin şairi idi. Bu dövrdə onun qələmindən çıxan şeirlər əsl vətəndaş tərbiyə etmək üçün çox gözəl nümunələrdir. Torpağa, doğma yurda bağlılıq onun poeziyasının ayrılmaz qayəsidir. Gənclər şairin yaradıcılığı və həyatını əks etdirən eksponatlara maraqla baxıblar.  

Qeyd edək ki, ekskursiya Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə şairin anadan olmasının  85-ci ildönümü ilə əlaqədar olaraq təşkil olunub.  

 Novruz Məmmədov 

www.naxcivantv.az