Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan şəhərinin 2018-ci il üçün  ölkəmizin  Gənclər Paytaxtı seçilməsi  ilə əlaqədar  Gənclik Mərkəzində muxtar respublikanın  ali və orta  ixtisas təhsil müəssisələrinin birinci kursuna qəbul olunmuş tələbələrlə  “Gələcəyə doğru” layihəsi  çərçivəsində  görüş keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar  siyasət  məsələləri  və  ictimai təşkilatlarla  iş şöbəsi müdrinin  müavini  Sahir  Rüstəmov  qeyd edib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  diqqət  və qayğısı ilə muxtar respublikada gənclər üçün hər cür imkanlar yaradılıb və müasir infrastrukturlu mərkəzlər, kitabxanalar, mədəniyyət evləri, idman kompleksləri  və digər binalar tikilərək onların istifadəsinə verilib. Gənc istedadlar dövlət qayğısı ilə əhatə olunub. Dövlət idarəçiliyinin  bütün sahələrində gənclər irəli çəkilir. Qeyd olunub ki, muxtar respublikada  gənclərin təşkilatlanması və fəaliyyəti üçün də hərtərəfli şərait yaradılıb. Gəncliyə göstərilən dövlət qayğısı etibarlı gələcəyimizə xidmət edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilib. Bununla müxtəlif mövzularda intellektual oyunlar, müsabiqə və aksiyalar keçirilib, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında “Gənclər bağı” salınıb. Bu gün muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin birinci  kursuna qəbul olunmuş tələbələrlə “Gələcəyə doğru” layihəsi çərçivəsində görüşün keçirilməsi də  bu tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad  Cabbarov  bu gün  muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsindən danışıb. Naxçıvan  Muxtar Respublikasında gənc istedadlara göstərilən dövlət qayğısı, yeniyetmələr arasından idmanın kütləviliyinə nail olmaq sahəsində görülən işlər diqqətə çatdırlıb. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada  hazırda 40 min  nəfərə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və  idmanla məşğul olur.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının icra katibi  Anar İbrahimov isə Yeni Azərbaycan Partiyası, onun  Naxçıvan Muxtar  Respublikası təşkilatı, yerlərdəki  qurumları, partiyanın cəmiyyətimizdəki mövqeyi və siyasi sistemdəki rolu barədə məlumat verib.

Bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası  Təşkilatında 54 min 611 nəfər partiya üzvü birləşib. Üzvlərin 41 faizə yaxını gənclər, onlardan da 4 min 515-i  tələbədir. Bu rəqəm onu göstərir ki,  gənclər indiki siyasi iqtidara inanır və onun siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını özünün siyasi və ictimai ifadəsinin əsas vasitəsi kimi  görür.

2018-ci ildə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan Zübeydə Zeynalova çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

İştirakçılara Naxçıvan Televiziyasının hazırladığı qısametrajlı film  nümayiş olunub.

Sonra “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda keçirilən onlayn fotomüsabiqənin qalibləri mükafatlandırılıb.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin  “Gənclik” instrumental  ansamblının və  Naxçıvan Muxtar Respublikasında keçirilən “Hünər” XII vətənpərvərlik Mahnıları Festivalının qaliblərinin ifasında musiqi nömrələri səsləndirilib.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/17375-t%C9%99l%C9%99b%C9%99-ad%C4%B1n%C4%B1-qazanm%C4%B1%C5%9F-g%C9%99ncl%C9%99rl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F-ke%C3%A7irilib.html?tmpl=component&print=1&layout=default&page=#sigProId27897493c4

Turab Hacızadə

www.naxcivantv.az