Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin  50 illik yubileyi qeyd olunur

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 21 oktyabr tarixli sərəncamı kollektiv və məktəbin məzunları tərəfindən böyük sevinclə qarşılanıb.

Məktəbin məzunu, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov əməkdaşımıza deyib ki, bu sərəncam mədəniyyət işçilərinin fəaliyyətinə və milli musiqimizə verilən daha bir qiymətdir.                 

1965-ci ildə Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlayan, 1966-cı ilin avqustun 1-dən isə təhsil müəssisəsi kimi müstəqil fəaliyyət göstərən Ordubad Şəhər Uşaq Musiqi Məktəbində bu gün 9 ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda təhsil ocağında çalışan 74 ixtisas  təhsilli müəllimin demək olar ki, hamısı ilk musiqi təhsillərini elə bu məktəbdə alıblar. İndi bu məktəbdə 318 şagird təhsil alaraq musiqinin incəliklərinə yiyələnir. Ali və orta ixtisas musiqi məktəbləri üçün baza rolunu oynayan təhsil ocağı muxtar respublikada uşaq və gənclərin musiqi tərbiyyəsində,  istedadlı musiqiçilər nəslinin yetişdirilməsində, bütövlükdə muxtar respublikanın mədəni həyatında özünəməxsus rol oynayır.

Məktəbdə yaradılan xalq çalğı alətləri, nəfəsli alətlər orkestrləri, xor kollektivi, nağaraçalanlar ansanbılı mədəniyyətimizin inkişafı, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.

 Ötən 50 il ərzində məktəbin ümumilikdə 1600-dən çox məzunu olub. Məzunlardan bir qurupu ali və orta ixtisas təhsili almış, mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına öz tövhələrini vermişlər. Bu ənənə bu gündə davam etməkdədir. Qeyd edək ki yubileylə əlaqədar tədbirlər planı da təsdiq edilərək icraya yönəldilib. Məktəbin müəllimlərindən Solmaz Rzayeva və Sevda Bağırova əməkdaşımıza məktəbin 50 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanan sərəncamı böyük razılıq və minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər.

Şahmərdan Əhmədli

NTV xəbər

 

www.naxcivantv.az