Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Sabah muxtar respublikanın bəzi rayonlarında qar yağacaq

Naxçıvan Muxtar Respublikasında fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən naxcivantv.az -a verilən məlumata görə, muxtar respublika ərazisində hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

 

 

www.naxcivantv.az