Naxçıvanda fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimi olub.

Naxcivantv.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitənin təhsil olduğunu bildirib. Nazir qeyd edib ki, ona görə də ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. İlbəil təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərib. Hər il olduğu kimi, ötən il də muxtar respublikada məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi təhsildə uğurlarla nəticələnib. Belə ki, 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kolleci, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi, eyni zamanda, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey və 4 min 498 şagird yerlik 13 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 17 təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib.

Məmməd Qəribov diqqətə çatdırıb ki, bu il Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur rayonunda Çəmənli, Şahbuz rayonunda Kolanı kənd tam orta məktəbləri binalarının istifadəyə verilməsi, Şərur şəhər 2 nömrəli tam orta məktəb üçün binanın tikintisinin davam etdirilməsi də bu qayğının bariz nümunəsidir. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2015-2016-cı dərs ilində tam orta məktəbi bitirən məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medallara layiq görülüb. Medallara layiq görülən məzunlar onlara göstərilən etimadı doğruldaraq qəbul imtahanlarında uğurlu nəticə əldə ediblər. Belə ki, onların 12-si 600-650, 15-i isə 650-700 arası bal toplayıb. Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1538-i, yəni sənəd verənlərin 62 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan məzunların 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb.

Diqqətə çatdırılıb ki, muxtar respublikamızda təhsilə göstərilən qayğı gənclərin ilbəil daha böyük uğurlara imza atmasına şərait yaradır. Elə ötən il muxtar respublika məktəblilərinin fənn olimpiadasında qazanılan nailiyyətlər də bundan xəbər verir.

Təhsil naziri vurğulayıb ki, bu olimpiada muxtar respublikada ilk dəfədir keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri üzrə keçirilən olimpiadada VII-XI sinif şagirdləri iştirak ediblər.

Fənn olimpiadasının dekabrın 11-də keçirilən rayon (şəhər) mərhələsində 1018 nəfər iştirak edib. Bu mərhələdə qalib olmuş 211 şagird cari il fevral ayının 11-də Naxçıvan şəhərində keçirilən final mərhələsinə qatılıb. Həmin mərhələdə 106 şagird qalib gəlib. Onlardan 32-si I yer, 34-ü II yer, 40-ı isə III yerləri tutub.

Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

14-11-2019-16-35 Xəbərlər

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər ...

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

14-11-2019-16-14 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN-a Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat daxil olub. Məl...

Gülşənabad kəndi yeni simada - VİDEO

14-11-2019-15-44 Xəbərlər

Gülşənabad kəndi yeni simada - VİDEO

Muxtar respublikada müasirləşən kəndlər sırasına Babək rayonunun Gülşənabad kənd...

İngilis dilində yeni dərs vəsaiti işıq üzü görüb

14-11-2019-15-23 Xəbərlər

İngilis dilində yeni dərs vəsaiti işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında  İngil...

Ali təhsil ocağında 17 Noyabr-Milli Dirçəliş Günü qeyd edilib

14-11-2019-14-41 Xəbərlər

Ali təhsil ocağında 17 Noyabr-Milli Dirçəliş Günü qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 17 Noyabr-Milli Dirçəli...

Şərur rayonunda əhalinin içməli su təminatı yaxşılaşdırılır

14-11-2019-13-00 Xəbərlər

Şərur rayonunda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Son illərdə  muxtar respublikada membran və mexaniki tipli sutəmizləyici qurğula...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

14-11-2019-12-39 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

NUHÇIXAN xəbər verir ki, noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Ötən günün mənzərəsi - VİDEO

14-11-2019-10-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyəti davam edir - VİDEO

13-11-2019-18-15 Xəbərlər

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyəti davam edir - VİDEO

NUHÇIXAN xəbər verir ki, təlimin ikinci günü qoşunların səfərbərlik ehtiyatları ...

İntellektual oyunlara 25 əcnəbi tələbə qatılıb

13-11-2019-16-30 Xəbərlər

İntellektual oyunlara 25 əcnəbi tələbə qatılıb

NUHÇIXAN xəbər verir ki, “Gənclər Mərkəzi”ndə “10-17 noyabr Beynəlxalq Tələbə Gə...

Naxçıvanlı alimlərin əsərləri Beynəlxalq kitab sərgisində

13-11-2019-15-48 Xəbərlər

Naxçıvanlı alimlərin əsərləri Beynəlxalq kitab sərgisində

NUHÇIXAN xəbər verir ki, noyabrın 6-dan 10-dək Avstriyanın paytaxtı Vyana şəhəri...

Tələbələr arasında ən yaxşı şeir ifaçıları seçilib

13-11-2019-14-00 Xəbərlər

Tələbələr arasında ən yaxşı şeir ifaçıları seçilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Beynəlxalq Tələbə Gəncl...

Ötən günün mənzərəsi - VİDEO

13-11-2019-13-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Yeni yol, müasir məktəb, işıqlı gələcək...

13-11-2019-11-58 Xəbərlər

Yeni yol, müasir məktəb, işıqlı gələcək...

Xətai və Yeni Havuş. Azərbaycanımın kiçik kəndləri böyük sevinc yaşayır. Salamla...

Culfada sığorta-pensiya sisteminin mahiyyəti barədə maarifləndirici tədbir keçirilib

13-11-2019-09-55 Xəbərlər

Culfada sığorta-pensiya sisteminin mahiyyəti barədə maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

Sədərək rayon Mərkəzi Xəstəxanasında taktiki-xüsusi təlim olub

13-11-2019-09-18 Xəbərlər

Sədərək rayon Mərkəzi Xəstəxanasında taktiki-xüsusi təlim olub

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata ...

Azərbaycan Ordusunda başlayan əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunları da iştirak edir - VİDEO

12-11-2019-17-28 Xəbərlər

Azərbaycan Ordusunda başlayan əməliyyat təlimində Naxçıvan Qarnizonu qoşunları da iştirak edir - VİDEO

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Ordusunda keçirilən əməliyyat təlimi çərçivə...

Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN

12-11-2019-17-07 Rəsmi

Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 12-də R...

Müasirləşən Naxçıvanımız və onun kəndləri - VİDEO

12-11-2019-15-03 Xəbərlər

Müasirləşən Naxçıvanımız və onun kəndləri - VİDEO

Muxtar respublikada aparılan kompleks quruculuq işləri bu gün də davam etdirilir...

Ötən günün mənzərəsi - VİDEO

12-11-2019-14-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

AzTV-də Əlincəqalaya həsr edilən reportaj yayımlanıb - VİDEO

12-11-2019-11-56 Xəbərlər

AzTV-də Əlincəqalaya həsr edilən reportaj yayımlanıb  - VİDEO

Azərbaycan Dövlət Televiziyasının əməkdaşları qədim tariximizin bir parçası olan...

Yeni texnologiyaların tətbiqinə diqqət artırılır

12-11-2019-10-28 Xəbərlər

Yeni texnologiyaların tətbiqinə diqqət artırılır

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiya Nazirliyinin Mətbuat xid...

Naxçıvanda daha bir fitnes zalı fəaliyyətə başlayıb - VİDEO

11-11-2019-18-41 Xəbərlər

Naxçıvanda daha bir fitnes zalı fəaliyyətə başlayıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızda “Absolute fit” adlı yeni idman z...

Amerikalı turist : “Naxçıvan dünyanın ən təmiz şəhəridir” - VİDEO

11-11-2019-17-31 Xəbərlər

Amerikalı turist : “Naxçıvan dünyanın ən təmiz şəhəridir” - VİDEO

Böyük Britaniya və Amerikadan Naxçıvana gələn turistlər buranın fərqli bir yer o...

Sərhədlərimiz etibarlı mühafizə olunur - VİDEO

11-11-2019-16-33 Xəbərlər

Sərhədlərimiz etibarlı mühafizə olunur - VİDEO

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında qış mövsümünə hazırlıq işləri  başa  ça...

Mustafa Kamal Atatürk Naxçıvanda anıldı - VİDEO

11-11-2019-15-22 Xəbərlər

Mustafa Kamal Atatürk Naxçıvanda anıldı - VİDEO

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda Mustafa Kamal...

Ali Məclisin Sədri Fərman imzalayıb

11-11-2019-14-59 Rəsmi

Ali Məclisin Sədri Fərman imzalayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 8-də Na...

Qaranlıq dünənlərdən nur parlayan sabahlara

11-11-2019-10-59 Xəbərlər

Qaranlıq dünənlərdən nur parlayan sabahlara

“...Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhərdir.

Gənc sərhədçilər and içdilər - VİDEO

09-11-2019-18-44 Xəbərlər

Gənc sərhədçilər and içdilər - VİDEO

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da gənc əsgərlərin andiçmə mərasimi olu...

Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib

09-11-2019-18-15 Xəbərlər

Daxili Qoşunların gənc əsgərləri hərbi andı qəbul edib

NUHÇIXAN xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan”  Əlahiddə Əməliyyat Briqad...