Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada taxıl zəmilərinə qar üzərindən  karmabid gübrəsinin verilməsinə başlanılıb.

Naxçıvanda taxıl zəmilərinə gübrənin verilməsinə başlanılıb

Naxcivantv.az xəbər verir ki, artıq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində taxıl istehsalçılarına  70 faiz  güzəştlə gübrə verilir.

Bu il ilk olaraq Kəngərli rayonunun Böyükdüz kəndindəki zəmilərə karmabid gübrəsinin verilməsinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əli Hüseynovun sözlərinə görə, bu gübrənin qarın üzərindən verilməsinin böyük əhəmiyyəti var. Belə ki, gübrə qarın üzərindən verildikdə su ilə birlikdə qarışaraq bitkini daha yaxşı qidalandırır. Bu da gələcəkdə məhsul bolluğunun əsası deməkdir.

Sahələrə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 3 traktor, 3 gübrəsəpən və qoşqular cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyev bildirib ki, məhsuldarlığa mənfi təsir göstərən amillərdən biri də ziyanvericilərdir. Sahələrdən qar təmizlənən kimi ilk görüləcək iş ziyanvericilərə qarşı mübarizə aparmaqdır:

Yaz-tarla işlərinin başlanmasına az qalır. Bu dövr üçün lazım olan aqrotexniki tədbirlər vaxtında aparılarsa  yüksək məhsuldarlıq əldə etmək olar”.

Naxçıvanda taxıl zəmilərinə gübrənin verilməsinə başlanılıb

                                                                       

Turab Hacızadə

NTVxəbər

www.naxcivantv.az