Eynəli bəy Sultanovla bağlı araşdırmaların davam etdirilməsi, xüsusilə də görkəmli ziyalının həyat və fəaliyyətinin Tiflis dövrünün geniş tədqiq olunması bu gün qarşıda duran əsas vəzifələrdəndir.

Bunu Naxcivantv.az-a müsahibəsində AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Elxan Məmmədov deyib.

E.Sultanov irsinin tədqiqatçısı bilidirib ki, 1908-ci ildə Naxçıvandan Tiflisə köçən və ömrünün sonuna qədər bu şəhərdə yaşayan ədibin həyatının bəzi məqamlarının araşdırılmasına böyük ehtiyac vardı: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına uyğun olaraq Gürcüstan Milli Arxivində və Gürcüstan Parlamentinin Kitabxanasında araşdırmalar aparılmış, Eynəli bəy Sultanovla bağlı bir sıra sənədlər aşkarlanmışdır. Tapılan yeni sənədlərin bəziləri o dövrdə rus dilində nəşr olunan və illik ümumi statistik yekunlara həsr olunmuş sənədlərdən ibarət “Qafqaz təqvimi” məcmuəsində (1909, 1912, 1913, 1914-cü illər üzrə) yer almışdır. Məlum olmuşdur ki, Eynəli bəy Sultanov həmin dövrdə Tiflisdə yaşamasına baxmayaraq, həm də Qars məhkəməsi hakiminin baş köməkçisi vəzifəsində çalışmışdır. Bu yerdə bir dəqiqləşdirməyə ehtiyac yaranır. Əvvəlki tədqiqatlardan aydın olur ki, Eynəli bəy Sultanov 1892-ci ildə Naxçıvanda yaxın dostu Əsəd ağa Kəngərli ilə birlikdə gizli mətbəə təşkil edərək burada müxtəlif məzmunlu bəyannamələr çap etdirmişdir. Lakin bundan xəbər tutan iri torpaq sahibləri, fanatik dindarlar Eynəli bəy Sultanovu qorxulu şəxs elan etmiş, qəza rəisinin göstərişi ilə o, təqib olunmuşdur. Təqiblərdən ehtiyatlanan və çətin vəziyyətdə qalan ədib Qars şəhərinə gedərək özü üçün iş axtarmış, bir neçə ay Qars şəhər idarəsində rütbəsiz məmur işləmişdir. Əldə olunan yeni sənədlərdə Eynəli bəy Sultanovun 1909-1912-ci illərdə də Qars məhkəməsi hakiminin baş köməkçisi vəzifəsində fəaliyyət göstərməsi onun bioqrafiyasında yeni fakt kimi diqqəti cəlb edir”.

Elxan Məmmədov deyib ki, əldə olunan sənədlərdən biri də o dövrdə Tiflis sakinlərinin yaşadığı ünvanların siyahısıdır: “Əlifba sırası ilə tərtib olunmuş bu siyahıda Eynəli bəy Sultanovun da adı vardır. Sənəddə yazıçı-pedaqoqun Tiflis şəhərinin Sumbatov küçəsi - 11 ünvanında yaşadığı qeyd olunur. “Qafqaz təqvimi” məcmuəsinin 1914-ci ildə nəşr olunmuş hesabatında isə Zubalov adına xalq evi yanında Azərbaycan dram şöbəsinin təsis edilməsi göstərilib. Burada Eynəli bəy Sultanovun həmin dram şöbəsinin katibi vəzifəsinə təsdiq olunması öz əksini tapıb. Bu sənədin üzə çıxarılması Eynəli bəy Sultanovun bioqrafiyasındakı bir faktın dəqiqləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə ki, bu günə kimi ayrı-ayrı tədqiqatlarda Zubalov adına xalq evi yanında Azərbaycan dram şöbəsinin təsis edilməsi tarixi 1909-cu il kimi göstərilirdi. Amma arxiv sənədindən də göründüyü kimi bu dram şöbəsinin yaranma tarixi 1909-cu il yox, 1913-cü ilə aiddir”.

Gənc tədqiqtçının sözlərinə görə, arxiv sənədlərindən biri isə 1941-ci ildə nəşr olunmuş “Gürcüstanda rus dövri mətbuatının biblioqrafiyası (1828-1920-ci illər)” adlanır. “Daxili İşlər Nazirliyi Müəssisələri” nəzarətində nəşr olunan biblioqrafiyada bir neçə yerdə Eynəli bəy Sultanovun adına rast gəlinir. Burada görkəmli ədibin Tiflis dövrü fəaliyyətinin bir sıra vacib məqamları, həmçinin ayrı-ayrı qəzet və jurnallarla əməkdaşlığı öz əksini tapıb. Əldə olunan arxiv materiallarında rast gəlinən bir fakt isə Eynəli bəy Sultanovun Tiflis dövrü fəaliyyətində yeni səhifə kimi diqqəti çəkir. Həmin sənəddə göstərilir ki, Eynəli bəy Sultanov, Akunov, Kazançeva (adları göstərilməyib) və Tiflisin digər görkəmli pedaqoji qüvvələri ilə birlikdə 1913-cü ildə rus dilində “Kafkaz məktəbi” ("Кавказская школа") adlı aylıq jurnal nəşr etməyə başlayıb. Lakin 3 nömrədən sonra jurnalın dövriliyində fasilələr yaranmış, 4-5 və 6-7-ci nömrələr birlikdə nəşr edilmişdir. 1913-cü ilin avqust ayından isə maddi dəstək olmadığından jurnalın nəşri dayandırılmışdır. Arxiv sənədində o da göstərilir ki, jurnalın ilk üç nömrəsi bu gün də Gürcüstanın Dövlət Kütləvi Kitabxanasında saxlanılır.

Elxan Məmmədov deyib ki, əldə olunan yeni arxiv materialları bir daha təsdiq edir ki, görkəmli yazıçı-publisist və maarifçi Eynəli bəy Sultanovun həyat və fəaliyyətinin hələ çox araşdırılmamış məqamları var. Göstərilən dövlət dəstəyi bundan sonra da Eynəli bəy Sultanov haqqında yeni arxiv sənədlərinin üzə çıxarılmasına imkan verəcəkdir. Bu da gənc tədqiqatçıları daha fədakarlıqla və məsuliyyətlə çalışmağa sövq edir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən görkəmli yazıçının yubileyi muxtar respublikada qeyd olunmuş, həyat və yaradıcılığı haqqında geniş tədqiqatlar aparılmışdır. Bununla da unudulmaqda olan ziyalımız daha geniş şəkildə ictimaiyyətə təqdim olunmuş, xalqımız qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir.  

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

01-06-2020-12-20 Xəbərlər

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

Rezidentura imtahanları yəqin ki avqustun əvvəlində olacaq. İmtahan iki mərhələd...

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

01-06-2020-12-19 Xəbərlər

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ö...

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

01-06-2020-12-16 Xəbərlər

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

İyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil...

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

01-06-2020-12-13 Xəbərlər

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçı...

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

01-06-2020-12-11 Xəbərlər

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

Qəbul imtahanlarının vaxtını iyun ayının 5-dən elən edə bilərik. Çünki ali məktə...

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

01-06-2020-12-09 Xəbərlər

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər gün ən azı 4 növ imtahan k...

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

01-06-2020-12-06 Xəbərlər

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur.

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01-06-2020-12-03 Xəbərlər

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır. 

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

01-06-2020-11-59 Xəbərlər

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

Bu gün səhər saat 10-a olan məlumata görə, orta ixtisas və ali məktəblərə sənəd ...

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

01-06-2020-10-47 Xəbərlər

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər h...

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

01-06-2020-10-25 Xəbərlər

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mü...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

01-06-2020-09-42 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin may ayı ərzində b...

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

01-06-2020-00-00 Xəbərlər

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...