Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Amerika Birləşmiş Ştatlarının "Foreign Policy News" qəzetində tədqiqtçı jurnalist Peter Tasenin “Azərbaycan: Şərur rayonu regional arxeoloji turizmin əsas simvoludur” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, Qafqaz regionunun əsas turistik məkanlarından olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda zəngin arxeoloji ərazilər, mədəniyyət abidələri və qalalar vardır. Bu ərazilərdəki VIII əsrə aid qədim keramika nümunələri mühüm tədqiqat materiallarıdır. Şərur rayonundakı Ağbucaq yaşayış yeri və onun nekropolu, Axamət tarixi ərazisi və Şahbuz rayonundakı Ağdaban qalası Naxçıvanın qədim yaşayış yerlərindəndir. Müəllif öz məqaləsində bu abidələr barədə səhih məlumatlar verir və bildirir ki, Naxçıvanın hər qarışı antik və orta əsr mədəniyyət nümunələri ilə zəngindir.

Peter Tase qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının rəhbəri muxtar respublikanın bütün ərazisindəki mövcud tarixi, mədəni və arxeoloji abidələrə yüksək diqqət göstərir. Şərur bölgəsi bir çox qeyri-adi xüsusiyyətləri, arxeoloji əraziləri, turistlərin diqqətini cəlb edə biləcək xoş məramlı insanları və infrastrukturu ilə xarici qonaqları və turistləri gözləyir.

 

www.naxcivantv.az