Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda dördün­cü nəsil mobil rabitə şəbəkəsinin  istifadəyə verilməsi Türkiyənin “TRT haber” kanalının da diqqətində olub

Naxcivantv.az xəbər verir ki, “TRT haber” kanalınin təqdim etdiyi videomaterialda  dördün­cü nəsil mobil rabitə şəbəkəsinin  istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun da iştirak etdiyi bildirilib.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar nazirliyi və Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında müqavilə bağlanaraq 4-cü nəsil mobil rabitə sistemi qurulmuşdur. Hazırda muxtar respublikanın bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur. Sakinlər müasir rəqəmsal xidmətlərdən istifadə edir. Yeni mobil rabitə şəbəkəsi əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq. Ümumilikdə əhaliyə 20-dən artıq müxtəlif elektron xidmət göstəriləcək.

Aygün Hüseynli

NTV xəbər

www.naxcivantv.az