Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cəlil Məmmədquluzadənin anadan olmasının 148-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Ədəbiyyat Muzeyində yazıçı dramaturq və publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 148-ci ildönümünə həsr olunmuş “Görkəmli yazıçı və böyük demokrat” mövzusunda tədbir keçirilib.

Naxcivantv.az xəbər verir ki, tədbiri açan muzeyin direktoru Aləmzar İbrahimova ədibin həyat və yaradıcılığı barədə geniş məlumat verib. Qeyd olunub ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, qüdrətli darmaturq, vətəndaş-publisist, Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və tanınmış ictimai xadimdir

Əməkdar elm xadimi Hüseyn Həşimli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev: Cəlil Məmmədquluzadə haqqında” mövzusunda çıxış edib. Qeyd olunub ki, ümummilli lider  Heydər Əliyev ədəbiyyat, mədəniyyət, incəsənət məsələləri ilə daim məşğul olmuş, klassik sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin təbliği, tədqiqi, dünya miqyasında tanıdılması istiqamətində son dərəcə böyük işlər görmüşdür. Ulu öndərimizin yüksək qiymət verdiyi ustad sənətkarlar sırasında görkəmli yazıçı dramaturq və publisist Cəlil Məmməd­quluzadə xüsusi yer tutub. 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirlməsi, əsərlərinin yenidən nəşr və tədqiqi ümummilli liderimizin  ədibin irsinə və şəxsiyyətinə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsi idi. 

 Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Mirzə Cəlil və dünya ədəbiyyatı”, əməkdar mədəniyyət işçisi Sübhi Kəngərli “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Quliyeva “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili” mövzusunda çıxış ediblər.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/1750-c%C9%99lil-m%C9%99mm%C9%99dquluzad%C9%99nin-anadan-olmas%C4%B1n%C4%B1n-148-ci-ild%C3%B6n%C3%BCm%C3%BCn%C9%99-h%C9%99sr-olunmu%C5%9F-t%C9%99dbirl%C9%99r-ke%C3%A7irilib.html?tmpl=component&print=1&layout=default&page=#sigProId7b7a90d70a

www.naxcivantv.az