Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.

Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Nimayəddin Tağıyev dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika  əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməsi və dahi liderin uzaqgörən siyasəti nəticəsində Naxçıvanın düşmən hücumlarından qorunmasından danışıb. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, ordu quruculuğunda genişmiqyaslı tədbirlər həyata keçirildi. Cəbhədə düşmənin irəliləməsinin qarşısı alındı.

Vurğulanıb ki, bu gün bu işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı səviyyəsi əhəmiyyətli dərəcədə artırılır, böyük əhəmiyyətə malik layihələr icra olunur.

Ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad bunu bir daha sübut etdi.

Bu ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli hədlər ələ keçirildi. Beləliklə də Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli hədlərə irəli çəkildi. Təbii ki, bütün bunlar da müstəqilliyimizin bəhrələrini özündə yaşadan ordumuzun qüdrətindən xəbər verir. Bu gün Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Çıxışların ardından müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr edilmiş şeirləri bədii qiraət ediblər.

Tədbirdə həmçinin “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının üzvləri əsgərlər qarşısında çıxış edib, xalq mahnı və rəqsləri ilə hərbi qulluqçularda bayram əhval-ruhiyyəsi yaradıblar.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/17514-%C9%99lahidd%C9%99-%C3%BCmumqo%C5%9Fun-orduda-m%C3%BCst%C9%99qillik-g%C3%BCn%C3%BCn%C9%99-h%C9%99sr-edil%C9%99n-t%C9%99dbir-ke%C3%A7irilib.html?tmpl=component&print=1&layout=default&page=#sigProId928d5c20da

www.naxcivantv.az