Stolumun üstündə yenicə çapdan çıxmış tanınmış jurnalist Muxtar Məmmədoğlunun “Mənim Naxçıvan dünyam” adlı kitabı var. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr edilən kitab məni uzun illər əvvələ apardı.

2004-cü ilin elə bu vaxtları idi. “Şərq qapısı” qəzetində əmək fəaliyyətimə başladığım ilk günü  tapşırığa uyğun olaraq qələmə aldığım yazını qəzetin şöbə müdiri Muxtar Məmmədova verdim.  Üstündən 10 dəqiqə keçməmiş, dedilər ki,  Muxtar müəllim səni çağırır. Yazını mənə qaytararaq dedi ki, apar, düzəlişlərini elə, bir də gətir. Kağızı əlimə alanda təəccübləndim. İlahi, redaktədən yazım görünməz olmuşdu. O an düşündüm ki, mövzunu yaxşı işləyə bilməmişəm. Gözlərim dolmuş halda otaqdan çıxdım. Həmin yazım qəzetdə gedəndə öz orijinalımla Muxtar müəllimin düzəlişlərini yan-yana qoydum: Muxtar müəllim yazımı əməlli-başlı “ətə-qana” gətirmişdi. Acıqla çıxdığım o otağın qapısını sonralar gündə bir neçə dəfə açırdım. Yazılarımı aparıb qoyurdum Muxtar müəllimin stolunun üstünə. Bəli, o gündən orta məktəbdə birinci sinfə gedən şagirdin əlindən tutub oxumağı, yazmağı öyrədən müəllim kimi Muxtar müəllim də mənim mətbuatda özümü tapmağım üçün ən böyük dəstəkcim oldu. 2016-cı ilə qədər düz 12 il onunla çiyin-çiyinə “Şərq qapısı” qəzetində  birgə çalışdıq. Məktəbim “Şərq qapısı”, müəllimim Muxtar Məmmədov oldu. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər ikimiz “Tərəqqi” medalına layiq görüldük. Çox sevinirdi. Çünki illərdir, əziyyətini çəkdiyi yetirməsinin ən böyük mükafata layiq görülməsi onu xeyli qürurlandırmışdı.

Necə tanıyıram mətbuatın cəfakeşi olan bu insanı? Muxtar müəllim ömrünü qələmə bağladığı gündən yalnız öz işi, sənəti, mən deyərdim ki, birbaşa qələmi ilə məşğuldur. 60 yaşın astanasında olan Muxtar müəllimin bu dünyada yığdığı, topladığı varidat SÖZdür. Onu həmkarlarından fərqləndirən bir cəhəti də məhz öz mövzularına və qələminə sadiqliyidir. Kimdir qəhrəmanları? Naxçıvanın müxtəlif kəndlərdə yaşayan sadə əmək adamları. Muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, Muxtar müəllim o kənddən yazı hazırlamasın. O yazıların böyük dəyəri var. Çünki o, Naxçıvan kəndlərinin bugünkü mənəzərəsini sözün gücü ilə böyük məharətlə yaradıb. Bist, Biləv, Şada, Havuş, Gərməçataq, Yurdçu, Qaraağac… Siyahı çox uzundur. Naxçıvanın bugünkü mənzərəsini  görüb həmin yaşayış məntəqələri haqqında dolğun fikir yaratmağı Muxtar müəllim illərdir ki, ürəyinin səsi, qələminin gücü ilə oxucuya çatdırır.

Kitablar haqqında yazdığı resenziyalar, esselər, müxtəlif insan talelərini özündə əks etdirən oçerklər, bəzi kitablara yazdığı ön sözlər. Bütün bu mövzularda Muxtar müəllim hər bir gənc jurnalist üçün bir örnək, oxucu üçün səmimi müəllifdir. Dili aydın, rəvan, axıcı, səlis və təsiredicidir. Buna görə, yazdıqları oxucunun yadında qalır. Bu müəllifi oxuyanda yorulmursan, bezmirsən.

“Şərq qapısı” qəzetinin çapa hazırlanmasında əməyi, zəhməti, yuxusuz gecələri, sıralanmağa layiq çoxlu dəyərli xidmətləri var. Demək olar ki, hər gün sözlə işləyir, sözlə üzləşir, sözlə mükafatlanır. Söz onun, o da sözün sözündən çıxmır. Sevinc və kədərini də söz aləmində tapır. Beləliklə, ömrünü Söz adlı dünyada yaşadır.

Əgər məndən soruşsalar ki, Muxtar Məmmədov kimdir? Tam səmimiyyətlə deyərəm: Hər şeydən əvvəl mənim üçün böyük müsbət keyfiyyətlərə malik bir insan. Bu sözü də tez-tez işlədirik. Ürəyi təmiz insan. Bəli, Muxtar  müəllim həm də ürəyi təmiz bir insan kimi qəlbimdə özünə yer tapıb.

Bir qədər geriyə qayıtmaq istəyirəm. Qəzetdə işlədiyim ilk illərdə bəzən gənc jurnalistlər arasında, yaxşı mənada, paxıllıq yaşanırdı. Səmimi etiraf etməliyəm ki, xüsusilə də mən istəmirdim ki, o, özümə rəqib bildiyim həmkarlarımdan kiminsə yazısını redaktə etsin. Bu təbii ki, yaşın və gəncliyin çılğınlığı idi. Yaxşı bilirdik ki, Muxtar müəllim hansı jurnalistin yazısını redaktə edirdisə, o yazı yüksək qarşılanırdı. O, mənə digər gənc jurnalistlərlə müqayisədə daha yaxın idi –  ata-bala kimi. Ancaq sonra anladım ki, o, bütün gənclərin yazısına eyni gözlə baxırdı. Həm də yorulmadan. Bəlkə, buna görə də, Muxtar müəllimin bu gün mənim qəlbimdə çox işıqlı, aydın bir portreti var. Hansı yöndən yanaşsan, qüsursuz, nöqsansız bir insan kimi mənə əzizdir.

Yazımda bir amili də xüsusi vurğulamalıyam. Muxtar müəllim yüzlərlə yaddaqalan yazının müəllifidir, gözəl ailəsi var, dörd övlad atasıdır, babadır, həmkarları arasında sayılıb-seçilən jurnalistdir. Amma həyatda qazandıqları təkbaşına əldə edilməyib. Muxtar müəllimin qayğısını çəkən, əziyyətlərinə dözən bir qadın var ki, onun adını mütləq çəkməliyəm. Bu, onun ömür-gün yoldaşı Çiçək xanımdır. 38 ildir ki, həyatın keşməkeşli yollarında birgədirlər.

…Muxtar müəllim, əzizim, insan ən çox dəyər verdiyi biri haqqında nə isə yazanda çətinlik çəkir. Nə yaxşı varsınız. 60 yaş nədir hələ? Yol uzundur. Bu yol sizi yormasın!

 

Sara Əzimova

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Məktəblilər arasında şeir müsabiqəsi başa çatıb

18-01-2019-21-51 Xəbərlər

Məktəblilər arasında şeir müsabiqəsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 nömrəli tam orta məktəbində  Gənclər və İ...

“Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı keçirili

18-01-2019-21-28 Xəbərlər

“Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı keçirili

NUHÇIXAN xəbər verir ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uş...

Kərki harayı - VİDEO

18-01-2019-20-28 Xəbərlər

Kərki harayı - VİDEO

Bu gün Kərkinin  Ermənistan tərəfindən  işğal olunmasından 29  il ötür.

Şahmat üzrə yarışda kənd komandaları güclərini sınayıblar

18-01-2019-19-29 Xəbərlər

Şahmat üzrə yarışda kənd komandaları güclərini sınayıblar

Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ...

Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub - FOTOLAR

18-01-2019-18-30 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2018-ci ilin sosial-...

Oğullar əsgər gedir

18-01-2019-17-52 Xəbərlər

Oğullar əsgər gedir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmə...

Muxtar respublika iqtisadiyyatına 103 milyon manata yaxın kredit yönəldilib

18-01-2019-17-15 Xəbərlər

Muxtar respublika iqtisadiyyatına 103 milyon manata yaxın kredit yönəldilib

NUHÇIXAN xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində ...

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

18-01-2019-16-52 Xəbərlər

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar  tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə  əvvəlcə  2...

Naxçıvanda sabaha olan hava proqnozu

18-01-2019-16-07 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

18-01-2019-12-19 Xəbərlər

Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları ara...

Daimi nümayəndəlikdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

18-01-2019-11-56 Xəbərlər

Daimi nümayəndəlikdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə maarifləndirmə tədbiri keçirilib

18-01-2019-11-12 Xəbərlər

Özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə maarifləndirmə tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya e...

Muxtar respublikanın daxili işlər orqanları hərtərəfli qayğı ilə əhatə olunub

18-01-2019-10-04 Xəbərlər

Muxtar respublikanın daxili işlər orqanları hərtərəfli qayğı ilə əhatə olunub

95 illik yubileyini qeyd edən Naxçıvan polisi yarandığı gündən şərəfli yol keçər...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-95

18-01-2019-00-30 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-95

1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-95

18-01-2019-00-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-95

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yar...

“Əli və Nino” əsərinin müzakirəsi olub

17-01-2019-21-29 Xəbərlər

“Əli və Nino” əsərinin  müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  Qurban Səidin “Əli və Nino” ə...

Məktəblilər vətənpərvərlik ruhunda olan filmə baxıblar

17-01-2019-20-32 Xəbərlər

Məktəblilər vətənpərvərlik ruhunda olan filmə baxıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 16№-li tam orta məktəbdə aprel döyüşləri...

Gənclər xatirə muzeyində olublar - FOTOLAR

17-01-2019-19-37 Xəbərlər

Gənclər xatirə muzeyində olublar - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, bu gün gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ...

Ali təhsil ocağında 20 Yanvar faciəsi anılıb - FOTOLAR

17-01-2019-18-45 Xəbərlər

Ali təhsil ocağında 20 Yanvar faciəsi anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tari...

Yeni Kərki kəndində 20 Yanvar faciəsi ilə bağlı tədbir olub

17-01-2019-18-12 Xəbərlər

Yeni Kərki kəndində 20 Yanvar faciəsi ilə bağlı tədbir olub

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Yeni...

Naxçıvanda sabaha olan hava proqnozu

17-01-2019-17-34 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanı...

Məktəb psixoloqlarının kursu başa çatıb

17-01-2019-17-18 Xəbərlər

Məktəb psixoloqlarının kursu başa çatıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən məktəb psixo...

Naxçıvanlı idmançılardan uğurlu nəticə

17-01-2019-15-20 Xəbərlər

Naxçıvanlı idmançılardan uğurlu nəticə

NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin x...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2019-10-32 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib

16-01-2019-21-13 Xəbərlər

Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kükü, Güney Qışlaq, Ayrınc kənd  inzib...

Gənclər hərbi xidmətə yola salınıb

16-01-2019-20-11 Xəbərlər

Gənclər hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respu...

Gömrükçülər tərəfindən saxlanan yararsız mallar və köhnə əşyalar yandırılaraq məhv edilib

16-01-2019-19-39 Xəbərlər

Gömrükçülər tərəfindən saxlanan yararsız mallar və köhnə əşyalar yandırılaraq məhv edilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da  muxtar respublika gömrük orqanları tərə...

Muxtar respublikada 165 min 793 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

16-01-2019-19-08 Xəbərlər

Muxtar respublikada 165 min 793 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətin...

“Unutsaq unudularıq” adlı rəsm sərgisi keçirilib

16-01-2019-18-26 Xəbərlər

“Unutsaq unudularıq” adlı rəsm sərgisi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...

Muxtar respublikada ötən il 2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb

16-01-2019-17-22 Xəbərlər

Muxtar respublikada ötən il  2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçir...