Gəncliyi ötən əsrin 80-90-cı illərinə təsadüf edənlərin bugünkü gəncliyə həsəd etməmələri mümkün deyil.

Müasir dövrün gənclərinə həmin illərin gəncliyindən söhbət açanda isə söylənənləri təəccüblə qarşılamaması mümkün deyil. Təbii ki, mən 1990-cı illərin gəncliyinin yaşadığı problemlər, çətinliklər, xaosla bağlı olan faktları sadalamaq istəmirəm. Çünki yaşanan bu tarix keçid dövrünün zərurəti, yenicə müstəqilliyə imza atan Azərbaycanın reallığı idi. Amma sevindirici hal budur ki, 1993-cü ildə ölkə başçısı seçilən ümummilli lider Heydər Əliyev gənclərin gələcəyi üçün mühüm addımlar atdı. Uzaqgörənliklə qəbul etdiyi proqramlar öz nəticəsini verdi. Gənclik düşdüyü çətinlikdən uğurla çıxa bildi. Ölkə səviyyəsində gənclərlə bağlı siyasətin istiqaməti təyin edildi.

Artıq üçüncü onillikdir ki, muxtar respublikada da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.  Bu fərmanlarla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edildi. Naxçıvan şəhərində Gənclər Mərkə­zinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Son illər bu məqsədlə muxtar respublikada Gənc­lər Mərkəzi, elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilib.

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan şəhərində 5 binadan ibarət yeni “Gənc­lər şəhərciyi”nin inşası və istifadəyə verilməsi bunun əyani ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənc­lərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.

Bu gün üzlərindən xoşbəxtlik yağan gənclərimizlə kitabxanalarda, idman komplekslərində, kinoteatrlarda, müasir şəraitli orta və ali təhsil ocaqlarında rastlaşdıqda hər an insanın gözləri önündə  dünənki gəncliklə bugünkü gəncliyin müqayisəsi canlanır və onlara həsəd aparmaya bilmirsən. Ancaq düşünəndə ki, müasir gəncliyin nümayəndələri bizim övladlarımızdır, nə yaxşı ki, onlar bu cür şəraitdə yaşayırlar deyə  təsəlli tapırsan. Və burada dahi sərkərdə Napoleon Bonapardın “Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam” kimi fikirlərini xatırlayıram. Bizim də həqiqətən bugünkü uğurlarımızın təməlində gənclikdə yaşadığımız çətin günlər dayanır.

Budur, Naxçıvan şəhəri 2018-ci ilin Gənclər paytaxtıdır. Bu şəhəri gənclərə paytaxt edən amillər var. Bunlardan ən başlıcası illərdən bəri gənclər siyasətinin həyata keçirilməsinin uğurlu nəticələri, onların dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilmələri, xidmətlərinin qiymətləndirilməsidir. Digər amil isə gənclərin onlara verilən dəyəri hiss edərək qiymətləndirməsi, özlərini cəmiyyətə bu dəyərə layiq  təqdim etmələridir. Ümumi işin nəticəsi isə yaşı minilliklərə söykənən qədim Naxçıvanın gəncləşərək Gənclər Paytaxtı statusunu alması oldu. Qürur duyuruq, ona görə ki, o gəncliklə bu gənclik cəmi 23 illik zaman kəsiyində müqayisə olunmayacaq səviyyəyə gətirilib çıxarıldı. Qürur duyuruq ki,  bugünkü nəsil  belə gəncliyin sahibidir.

 

Mətanət Məmmədova

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Kəngərli rayonunda payız iməciliklərinə start verilib

16-11-2018-19-13 Xəbərlər

Kəngərli rayonunda payız iməciliklərinə start verilib

NUHÇIXAN xəbər verir ki, bu gün  Kəngərli rayonunda iməcilik keçirilib.

AMEA Naxçıvan Bölməsində tədbir olub

16-11-2018-18-23 Xəbərlər

AMEA Naxçıvan Bölməsində tədbir olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində YAP AMEA Naxçıvan Bölməsi müəs...

Dövlət Bayrağı Günü muzeydə qeyd edilib

16-11-2018-18-00 Xəbərlər

Dövlət Bayrağı Günü muzeydə qeyd edilib

NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində “Naxçıvan Muxtar Respublikasın...

Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıb

16-11-2018-17-18 Xəbərlər

Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıb

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a ver...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

16-11-2018-16-42 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO

NUHÇIXAN xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

“Naxçıvan” Universitetində konfrans keçirilib

16-11-2018-16-20 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans keçirilib

“Naxçıvan” Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, ali təhsil ocağını...

Futbol üzrə muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub

16-11-2018-15-36 Xəbərlər

Futbol üzrə muxtar respublika çempionatında ilk dövrəyə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının muxtar respublikanın Gənclər...

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

16-11-2018-15-14 Xəbərlər

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Muxtar respublikada dövlət orqanları ixtisaslı kadrlarla təmin olunur

16-11-2018-12-58 Xəbərlər

Muxtar respublikada dövlət orqanları ixtisaslı kadrlarla təmin olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan şəhərində Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib

16-11-2018-12-46 Xəbərlər

Naxçıvan şəhərində Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Sarvanlar məscidində Beynəlxalq To...

Şərur rayonunun Yuxarı Daşarx kəndində YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

16-11-2018-12-13 Xəbərlər

Şərur rayonunun Yuxarı Daşarx kəndində YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, tədbirdə YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan M...

Naxçıvan şəhərində yeni ünvan lövhələri quraşdırılır

16-11-2018-11-44 Xəbərlər

Naxçıvan şəhərində yeni ünvan lövhələri quraşdırılır

Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının tərkib hissəsi ol...

“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

16-11-2018-11-10 Xəbərlər

“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi - VİDEO

16-11-2018-10-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Sağlamlıq imkanı məhdud uşaqlar arasında şahmat yarışı keçirilib

15-11-2018-22-50 Xəbərlər

Sağlamlıq imkanı məhdud uşaqlar arasında şahmat yarışı keçirilib

NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xi...

Tələbələr Dövlət Bayrağı Muzeyində olub

15-11-2018-22-21 Xəbərlər

Tələbələr Dövlət Bayrağı Muzeyində olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə...

Karate-do üzrə yoldaşlıq görüşü keçirilib

15-11-2018-21-52 Xəbərlər

Karate-do üzrə yoldaşlıq görüşü keçirilib

NUHÇIXAN xəbər verir ki, qızlardan ibarət “Naxçıvan”, “Ordubad” və “Şərur” koman...

Naxçıvan Qarnizonu qoşunlarının növbəti uğuru - VİDEO

15-11-2018-21-25 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarının növbəti uğuru - VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçı...

Məktəbli qızlar arasında atıcılıq üzrə yarış keçirilib

15-11-2018-20-47 Xəbərlər

Məktəbli qızlar arasında atıcılıq üzrə yarış keçirilib

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda  “17 noyabr-Milli Dirçəliş Günü”nə həsr...

AMEA Naxçıvan Bölməsinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub

15-11-2018-20-22 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində olan AMEA Naxçıvan Bölməsini...

Naxçıvan Müəllimlər İnstitutunda yeni kitabın təqdimatı olub

15-11-2018-18-34 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda yeni kitabın təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda institutun müəllimi La...

Şahmat üzrə muxtar respublika turnirinə yekun vurulub

15-11-2018-17-49 Xəbərlər

Şahmat üzrə muxtar respublika turnirinə yekun vurulub

Naxçıvan Şahmat Mərkəzində keçirilən 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunm...

Şən və hazırcavablar klubları arasında müsabiqənin qalibləri müəyyənləşib

15-11-2018-16-57 Xəbərlər

Şən və hazırcavablar klubları arasında müsabiqənin qalibləri müəyyənləşib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 10-17 noyabr Be...

Ali təhsil ocağında elmi-praktik konfrans keçirilib

15-11-2018-16-22 Xəbərlər

Ali təhsil ocağında elmi-praktik konfrans keçirilib

Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsinin “Naxçıvan Muxtar Respublikasında ...

Voleybol birinciliyinin qalibləri mükafatlandırılıb

15-11-2018-15-47 Xəbərlər

Voleybol birinciliyinin qalibləri mükafatlandırılıb

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 10-17 noyabr...

Sosial qayğıya ehtiyacı olan uşaqlar diqqətdə saxlanılır

15-11-2018-15-19 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan uşaqlar diqqətdə saxlanılır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanın...

Kəngərli rayonunda yazıçı və şairlərlə görüş keçirilib

15-11-2018-14-19 Xəbərlər

Kəngərli rayonunda yazıçı və şairlərlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Kəngərli Rayon İcra Hakimiy...

Naxçıvan Dövlət Universitetində görkəmli rəssam İbrahim Səfiyevin xatirəsi anılıb

15-11-2018-13-43 Xəbərlər

Naxçıvan Dövlət Universitetində görkəmli rəssam İbrahim Səfiyevin xatirəsi anılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiy...

Naxçıvanda insan alverinə qarşı mübarizə məsələləri ilə bağlı təlimlər keçirilir

15-11-2018-12-27 Xəbərlər

Naxçıvanda insan alverinə qarşı mübarizə məsələləri ilə bağlı təlimlər keçirilir

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin təşəbbü...

Naxçıvanda “Köçəri” yallısı ilə bağlı kitab nəşr olunub

15-11-2018-11-43 Xəbərlər

Naxçıvanda “Köçəri” yallısı ilə bağlı kitab nəşr olunub

NUHÇIXAN xəbər verir ki, bu günlərdə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində “A...