Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. 

NUHÇIXAN-a Naxçıvan Dövlət Universitetindən verilən xəbərə görə, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovla Çankırı Karatekin universitetinin prorektoru, professor Murad Arının imzaladığı müqaviləyə əsasən  iki diplomlu təhsil proqramının yaradılması nəzərdə tutulub. Razılıq memorandumunda həmçinin proqramların idarə olunması ilə bağlı öhdəliklər, hər iki tərəfin müəyyən etdiyi müddət və semestrlərə nəzarət olunacaq. Eyni zamanda  təhsil xərcləri, dil məsələləri, tamamlanmış təhsilin tanınması, proqramın idarəçiliyi ilə bağlı tələb və öhdəliklər və digər partnyor müəssisələrin hüquqi tələbləri ilə bağlı məsələlər, həmçinin koordinasiya məsələləri ilə bağlı bütün fəaliyyətlərin icrası nəzərdə tutulub. Görüşdə universitetlərarası əlaqələrin genişləndirələrək ikitərəfli müqavilə şəklinə salınması hər iki universitet üçün təqdirəlayiq hal kimi dəyərləndirilib.

www.naxcivantv.az