Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

NUHÇIXAN xəbər verir ki, baş məşqçi Vaqif Kazımovun yetirmələrindən Əli Zamanov (48 kq) və Murad Allahverdiyev (80 kq) Avropa çempionu olublar. Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib.

Əli Zamanov finala gedən yolda Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya), Krasimir Çurov (Bolqarıstan) və Mixail Taranunu (Moldova) məğlub edib. Təmsilçimiz final döyüşündə ingiltərəli Co Makqrailə 4:1 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Murad Allahverdiyev isə finalda irlandiyalı Patrik Myersi ilə görüşüb. İdmançımız 5:0 hesablı təmiz qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M.Allahverdiyev bu döyüşədək türkiyəli Əmir Böyükdağ, belaruslu Vladislav Novikov və rusiyalı Andrey Voyvodinə də qalib gəlib.

Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran Əhməd Əhmədov (+80 kq) isə yarımfinalda macarıstanlı Levent Kissə 1:4 hesabı ilə məğlub olduğundan üçüncü yeri tutub.

Çempionatda oğlanların yarışında 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında üçüncü yerdə qərarlaşıb. Rusiya millisi birinci, Bolqarıstan yığması isə ikinci olub.

www.naxcivantv.az