Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində görkəmli alim, Dövlət mükafatı laureatı, akademik, əməkdar elm xadimi Azad Mirzəcanzadənin anadan olmasının 90 illiyi ilə bağlı tədbir keçirilib.

 

Bildirilib ki, 400-ə yaxın əsərin, 50-dən artıq  ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir. Dünya şöhrətli alim təkcə texniki sahələrin alimləri ilə deyil,  incəsənət, ədəbiyyat və təbabət sahəsində fəaliyyət göstərən tanınmış simalarla da  sıx əlaqə saxlayırdı. Onun  naxçıvanlı alimlərin  yetişməsində də böyük xidmətləri olub. 

Daha sonra “Akademik Azad Mirzəcanzadənin həyat yolu və elmi fəaliyyəti”, “Akademik Azad Mirzəcanzadə və Azərbaycanda  yüksək ixtisaslı elmi kadrların hazırlanması” mövzusunda məruzələr dinlənilib. 

 

Əbülfəz Dünyamalıyev

www.naxcivantv.az