Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

Çıxış edənlər bildirib ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilib. Bunu muxtar respublikanın timsalında da görmək olar.

Qeyd edilib ki, bu gün Azərbaycanda milli gənclər siyasətinin inkişafı, onların maraqlarının təmin olunması, idarəçilik sistemində önə çəkilməsi, hüquqlarının qorunması müstəqilliyimizin bəxş etdiyi töhfələrdəndir.

Konfransda tələbələr dövlət müstəqilliyinə həsr olunan şeirləri bədii qiraət ediblər. Sonda videomateriala baxış olub.

Röyal Kərimov

www.naxcivantv.az