Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Prezident İlham Əliyev oktyabr ayının 19-da Azərbaycan energetiklərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının energetika sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Əliyev Güloğlan Aslan oğlu, Rüstəmov Dolu Həsən oğlu “Tərəqqi” medalı ilə, Xəlilov Seyfəddin Heydər oğlu “Əməkdar mühəndis” fəxri adı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər  Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə təltif ediliblər.

www.naxcivantv.az