Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransı keçirilib

Naxcivantv.az xəbər verir ki, konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli hesabat məruzəsi ilə çıxış edib.

Məruzəçi bildirib ki, 24 il əvvəl – 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən Yeni Azərbaycan Partiyası özünün qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında tarixi yol keçib. Bu yol müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm tarixi mərhələni təşkil edir.

“Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatı 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, öz sıralarında 150 ərazi ilk təşkilatı üzrə 16 min 78 nəfəri birləşdirir ki, bundan da 8 min 355 nəfərini qadınlar, 9 min 85 nəfərini gənclər təşkil edir” – deyən Elman Cəfərli diqqətə çatdırıb ki, hesabat dövründə partiya sıralarına 1665 nəfər üzv qəbul edilib. Onların da 1292 nəfərini gənclər, 1137 nəfərini qadınlar təşkil edir. Sonra məruzə ətrafında YAP Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Yazgül Rzayevanın və digərlərinin  çıxışları dinlənilib.

  Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının təşəkkül tapması Azərbaycanın çağdaş tarixində yeni bir səhifənin yaranmasına yol açıb. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının konfraslararası fəaliyyəti qənaətbəxş hesab edilib. Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının XI konfransının qərar layihəsi təsdiq edilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının 29 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş qurupu seçilib.

    Konfransda Yeni Azərbaycan Partiyası  Naxçıvan Şəhər Təşkilatının sədri və müavininin seçilməsi məsələsinə baxılıb. Elman Cəfərli yenidən təşkilatın sədri, Ramil Orucəliyev isə sədr müavini seçilib.

Turab Hacızadə

NTV xəbər

 

www.naxcivantv.az